Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

"Baron Dədəş" həbs edildi

13:56  |    15 Yanvar 2018  |   E-mail  |  Çapa göndər


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Qaziler.az bildirir ki, bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, "Baron Dədəş" ləqəbli Elşad Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Baxış zamanı onun paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yaşadığı evdən satış üçün nəzərdə tutulan və hazır qablaşdırılmış formada olan külli miqdarda tiryək, heroin, marixuana, o cümlədən 150 ədəd güclü psixortop təsirə malik metamfetamin, preqabalin (lyrica), metadon həbləri və 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi - İNTİHAR
23.09.2018
Bakıda “Gelendwagen” sürücüsündən insanlıq dərsi (VİDEO)
23.09.2018
Güclü yağış Bakı yollarında problemlər yaradıb - VİDEO
23.09.2018
Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı AÇIQLAMA
22.09.2018
İt iki balasını öldürən kobraya hücum etdi - digərlərini qorumaq üçün - VİDEO