Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5628

Digər sorğular

General zabitləri topladı: orduya tapşırıq verdi

20:28  |    06 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Yanvarın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Axar.az xəbər verir ki, Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər kateqoriyalardan olan məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbrikində səsləndirilən fikirləri, eləcə də Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları xüsusi qeyd edən nazir, 2017-ci ildə cəbhə xəttindəki vəziyyətin təhlilini apararaq cari ildə qarşıda duran vəzifələri bir daha şəxsi heyətin diqqətinə çatdırıb.

General-polkovnik Z.Həsənov yeni tədris dövrünə hazırlıq məqsədilə qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Dəmirçi–Lahıc avtomobil yolu yenidən tikiləcək-SƏRƏNCAM
21.06.2018
Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür – FOTO
20.06.2018
Ordumuzun atəşi altına düşən erməni postları - Video
20.06.2018
Avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayrılıb-SƏRƏNCAM
20.06.2018
XİN: "Məcburi köçkünlərin sayı bir milyonu keçib"