Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5223

Digər sorğular

Tarixin 8 ən böyük imperiyası

18:56  |    11 Dekabr 2017  |   E-mail  |  Çapa göndər

Bəzi imperiyalar illər keçməsinə baxmayaraq, dünya tarixinə damğa vurmağı bacarıblar.

Bu imperiyaların sahib olduqları güc və ərazi miqyası onların dünya siyasətinə güclü təsir etməsinə imkan yaradıb. Onların çoxu süqut etsə də, dünya tarixinə indinin özündə də müəyyən təsir gücünü saxlayırlar.

Axar TV dünya tarixinin ən böyük imperiyalarının siyahısını təqdim edir:

Britaniya imperiyası

Britaniya imperiyası dünya tarixinin indiyə qədər mövcud olmuş ən böyük dövləti hesab edilir. İmperiyanın tarixi 1497-1997-ci illəri əhatə edir. Antarktidakı müstəmləkələri daxil edilmədən onun ərazisi 36,6 milyon kvadrat kilometr olub. İmperiyanın ərazisi o qədər böyük olub ki, hətta onu “Günbatmaz imperiya” da adlandırıblar. Burada dünya əhalisinin 24%-i (480 milyon nəfəri) yaşayıb. İmperiya dünyanın bütün qitələrində müstəmləkəyə sahib olub. Britaniya imperiyası süqut etsə də, rəsmi dili hələ də dünyada hegemoniyasını saxlayır. İmperiyanın öz məqsədləri üçün müxtəlif xalqlar arasında yaratdığı münaqişələr, cızdığı yanlış xəritələrin fəsadları hələ də dünya üçün başağrısı olaraq qalmaqdadır.

Monqol imperiyası


Dünya tarixinin ikinci ən böyük imperiyası sayılır. Çingiz xan tərəfindən 1206-cı ildə yaradılıb. İmperiyanın tərkibində Şərqi Avropa, Mərkəzi Asiya, Tibet, Cənubi Sibir, Yaxın Şərq və digər bölgələr yer alıb. İmperiyanın ərazisi 24 milyon kvadrat kilometr, əhalisi isə 160 milyon nəfər olub. Bu imperiya dünya tarixinə özəlliklə törətdiyi vəhşiliklər və dağıntılarla düşüb.

Rusiya imperiyası


1721-ci ildə I Pyotr tərəfindən yaradılıb. 1917-ci ilə qədər dünya siyasətinin müəyyənləşdirilməsində əsas rollardan birini oynayıb. İmperiyanın ərazisi 23,7 milyon kvadrat kilometr olub. İmperiyada əhalinin sayı isə 178 milyona çatıb. Azərbaycan 104 il (Gülüstan müqaviləsindən hesablanır – red.) onun müstəmləkəsi olub. Məhz bu imperiya sayəsində Azərbaycan iki yerə parçalanıb.

SSRİ

1922-ci ildən 1991-ci ilə qədər mövcud olub. Mövcud olduğu dönəm ərzində dünyanın iki ən böyük gücündən biri olub. 22,4 milyon kvadrat kilometr ərazini əhatə edən SSRİ-də 293 milyon insan yaşayıb. İmperiyanın tərkibində Azərbaycan ittifaq dövləti kimi təmsil olunub. İmperiya 1991-ci ildə dağılsa da, ondan sonra yaranan fəsadlar, geosiyasi problemlər və konfliktləri hələ də həll etmək olmayıb.

İspaniya imperiyası

1418-1976-cı illərdə varlığını sürdürüb. 20 milyon kvadrat kilometr ərazini əhatə imperiyada inkişafının pik vaxtında (XVIII əsrdə) 60 milyon insan yaşayıb. İmperiyanın tərkibinə daha çox Amerika qitəsi əraziləri daxil olub. İspaniya imperiyası dünya tarixində daha çox müsəlman Qranada əmirliyinin varlığına son qoymaqla və hindulara qarşı qətllərlə yadda qalıb. İmperiyadan geriyə yalnız krallıq qalıb ki, o da hazırda separatizmlə mübarizə aparır.

Osmanlı imperiyası


1299-cu ildə Osman tərəfindən yaradılıb. Türklərin ən uzunömürlü imperiyası hesab edilir. 1922-ci ilə qədər varlığını qoruyan dövlətin əraziləri 17-ci əsrdə pik həddə - 19 milyon kvadrat kilometrə çatıb. Bu türk dövləti Avropanın, Yaxın Şərqin, Şimali Afrikanın tarixində mühüm rol oynayıb. Uzun illər Avropanı öz təsir dairəsində saxlayan Osmanlı XIX əsrə qədər onun taleyinin müəyyənləşməsində mühüm rola sahib olub. Osmanlı həmçinin Yaxın Şərqdəki müsəlmanların gələcək taleyinə təsir göstərib. Birinci Dünya müharibəsi Osmanlının varlığına son qoyulmasına şərait yaradıb. Bu imperiya dağılsa da, ondan sonra yaranan konfliktlər hələ də bitməyib. Yaxın Şərqdə sülhü qorumağı bacaran Osmanlıdan sonrakı dövrlərdə Yaxın Şərqdə tükənməz müharibələr start götürüb. Eyni proses Şimali Afrikada da yaşanıb.

Ərəb xilafəti

Dünya tarixinin ilk müsəlman imperiyasıdır. 630-cu ildə yaradılan xilafət tarixinin ən əzəmətli dövrünü Əməvilər sülaləsi dövründə yaşayıb. Bu nəslin hakimiyyəti zamanı imperiyanın ərazisi 15 milyon kvadrat kilometrə çatıb. İmperiyanın ərazisi İspaniyadan Hindistana qədər uzanıb. Məhz Əməvilərin zamanında Azərbaycan xilafət tərəfindən işğal olunub. Xilafət 800 il öncə yox olsa da uzun illər dünya tarixinə təsirini qoruyub saxlayıb. Bəzi ərəb ideoloqları tərəfindən indi də bərpasına cəhd edilir.

Fransa imperiyası

1534-1980-ci illərdə mövcud olub. İmperiyanın dünyanın bütün qitələrində müstəmləkələri olub. 13 milyon kvadrat kilometr ərazini əhatə edən imperiya üçün əsas rəqib Britaniya olub. Fransa indinin özündə də dünyanın müxtəlif yerlərində təsir zonalarına malikdir. Bu imperiya Britaniyadan fərqli olaraq, müstəmləkələrində Qərbi Avropa mühiti yaratmağa cəhd edib.

">


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.01.2018
Türkiyə ABŞ-ın YPG-yə silah verdiyi limanı ələ keçirdi
20.01.2018
Ərdoğana səslənirik, bizi xilas edin! – Suriyadan məktub
20.01.2018
İqtisadi böhran: 550 min insan ölkədən qaçdı
20.01.2018
Şiddətli DÖYÜŞLƏR GEDİR: Türkiyə ilk QƏLƏBƏSİNİ QAZANDI
20.01.2018
İranın batan tankeri təbiətə nə qədər zərər verib?