Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5769

Digər sorğular

“Qarabağ” istəsə qalacam Pedro Enrike

09:45  |    29 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qaziler.az saytının Qol.az-a istinadən məlumatına görə, matçın 81-ci dəqiqəsində komandasının 2-ci qoluna imza atan futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

– Birinci divizion komandası olmasına baxmayaraq, rəqib bu gün bizə çətinliklər yaratdı. Bizim futbolçulardan bəziləri oyun təcrübəsindən əziyyət çəkdikləri üçün bir az problemlər oldu. Bununla yanaşı, sona qədər mübarizə apardıq.

– Birinci hissədə “Qarabağ” çox zəif oynadı. Maraqlıdır, fasilədə Qurban Qurbanov sizə nə dedi ki, ikinci yarıya tamam fərqli başladınız?

– Birinci hissədə pis oynadığımızı deməzdim. Sadəcə, meydanın mərkəzində bəzi epizodlarda toplar itirilirdi ki, bu da rəqibin əks-hücumlarına səbəb olurdu. Belədə isə futbolçular yorulurlar. İkinci hissədə həmin səhvləri təkrarlamamağa çalışdıq. Düşünürəm ki, bizdə alındı.

– Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən?

– Bir az qəliz məsələdir. Mən qarışmaq istəmirəm. Bunu PAOK və “Qarabağ” öz aralarında həll etməlidirlər.

– Bəs öz istəyin nədir?

– Mən futbol oynamaq istəyirəm. Əgər “Qarabağ” məni istəyirsə, qalacam. Yenə deyirəm, bu məsələyə qarışmaq istəmirəm. Əsas məqsədim oynamaqdır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
01.08.2018
Orxan Camalın analığı: “O, sanki daha görüşməyəcəyimizi hiss etmişdi” - MÜSAHİBƏ
22.06.2018
Nobelli yazar: “Bakı kasıb şəhər idi”
21.06.2018
Fransa Senatının Qafqaz qrupunun rəhbəri: "Azərbaycana qarşı çox ədalətsiz rəftar edirlər" - MÜSAHİBƏ
10.06.2018
"Onlar hamısı Ağdamda, Laçında qaldı" - Rəşad Məcid - VİDEO
31.05.2018
Artur Rasizadə: “Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir” - MÜSAHİBƏ