Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5893

Digər sorğular

"Qanunlar pozulmasa, yol polisi 25 faiz əlavə əməkhaqqı almaz" - Vaqif Əsədov

23:05  |    21 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "Polislərə yazılan “bonus” onları daha çox cərimə yazmağa sövq edir" başlığı ilə yayılan xəbərlərə münasibət bildirib.

Polis polkovniki bildirib ki, yol polisinin əsas vəzifəsi təhlükəsizliyi təmin etməkdir: "Xüsusilə pik saatlarda DYP əməkdaşları yol hərəkətinin tənzimlənməsi ilə məşğul olurlar. Sürücülərə istiqamət göstərirlər, keçmə növbəsini təmin edirlər ki, vətəndaşlar aidiyyəti hərəkət üzrə gecikməsin və ləngimə baş verməsin.

Eyni zamanda, gün ərzində Bakı şəhərində törədilən inzibatı xətalarla bağlı tənbeh tədbirlərinin sayına nəzər salsaq, görərik ki, polis tərəfindən tərtib edilən inzibati protokollar ümumi tətbiq edilən cəza sanksiyalarının təxminən 25 faizini təşkil edir. Yəni Azərbaycanda olan texniki vasitələr inkişaf etmiş ölkələrlə yanaşı, bizdə də tətbiq edildiyindən gün ərzində törədilən xətaların 65-70 faizi məhz texniki vasitələrin köməyilə qeydə alınır. Törədilən qəzalar i-patrul sisteminin, Bakı şəhərində quraşdırılan videokameraların, eyni zamanda, sürət ölçən cihazların köməyilə qeydə alınır.

Vətəndaşa tətbiq olunan inzibati protokollar texniki vasitələrlə göndərilsə də, bu narazılıqla qarşılanmamalı və çatışmazlıq kimi təqdim edilməməlidir.

Qeyd edilən başlıqla yazılan xəbərlərdə polisin aldığı 25 faizlik "bonus"a qısqanclıq hiss edilir. Bu da ictimaiyyətdə çaşqınlıq yaradır".(oxu.az)
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.10.2018
"Bu il şəhid ailələrinin 50 faizinə ödəniş ediləcək" - Nazir
17.10.2018
BP ilə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib - NAZİRLİK
17.10.2018
Nazirlikdən "kupça"sı olmayan evlərlə bağlı AÇIQLAMA
16.10.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
16.10.2018
Bir qrup narazı vərəsənin birdəfəlik ödəmə aldığı sübut edildi - NAZİRLİK