Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

İş adamı kərə yağı bazarının altını üstünə çevirdi

18:50  |    21 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycanda kərə yağının qiymətinin qalxdığı bir vaxtda azərbaycanlı iş adamı Qalib Mahmudov Yeni Zelandiya bazarını ucuz kərə yağı ilə doldurub.

Virtualaz.org xəbər verir ki, Yeni Zelandiya dünyada kərə yağı istehsalı üzrə liderlərdən biri hesab olunur. Azərbaycana da bu ölkədən xeyli növ kərə yağı idxal edilir. Lakin son vaxtlar Bakı marketlərində bu məhsulun 1 kq-nın qiyməti 20 manata qədər yüksəlib və bu, heç də hamının cibinə görə deyil.

Elə bu vaxt dünyanın o biri başında – Yeni Zelandiyada tam əksinə vəziyyət yaşanmaqdadır. Qalib Mahmudovun şirkətinin Fransadan külli miqdarda gətirdiyi “Petit Normand” markalı yağ keyfiyyətinə və ucuzluğuna görə Yeni Zelandiya markalarını üstələyir və ölkədə əsl sensasiyaya səbəb olub.

Yeni Zelandiyalı iş adamlarının sözlərinə görə, onlar istehsal etdikləri kərə yağını Fransadan azərbaycanlı iş adamının gətirdiyi yağın qiymətinə sata bilməzlər və bunu Avropada fermerlərə dövlət tərəfindən subsidiyaların təqdim olunması ilə izah edirlər.

Hətta ən ucuz yeni Zelandiya yağı sayılan “Anchor” belə “Petit Normand”dan 5 dollar baha satılır.

Qalib Mahmudov vətənində kərə yağı bazarının vəziyyətinə də toxunub. Onun sözlərinə görə, gömrük rüsumları 15%-dən 5%-ə endirilib və bu Azərbaycanda kərə yağını ucuzlaşdıracaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Cocuq Mərcanlıda özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə görüş keçirilib
16.10.2018
Etimad Əsədov vəfat etdi
15.10.2018
Bu ay 6 rayon və şəhərdə əmək yarmarkası keçirilib
13.10.2018
“Bir həftədə 10 əsgər öldü, bunu bilən var?...” - öldürülən erməni əsgərin qohumu
13.10.2018
Şükürov 400 milyonu “yeyəndə” Maliyyə Nazirliyi hara baxırdı? - “Göz yumublar”