Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5123

Digər sorğular

“Elə-belə, kefimdən” - Etdiyi əməldən peşiman olub “qismətdir” deyən oğru - VİDEO

18:25  |    21 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Abşeron rayon polis idarəsinin əməliyyatçıları Fatmayı qəsəbəsində plastik pəncərələri açaraq 2 evdən kabel və kombi oğurlayan Mehdiabad qəsəbə sakini, 21 yaşlı Nurəddin Orucovu yaxalayıblar.

ARB TV xəbər verir ki, oğurluq edən gənc əməlini açıq-aşkar etiraf edib.

Nurəddin Orucov – Saxlanılan şəxs: “Təxmini 30-a yaxın evdən oğurluq etmişəm. Görürdüm heç kim yoxdur, girirdim. Arxamca adam düşüb qızılı gizlətmişəm, sonra gəlib tapa bilməmişəm”.

Oğurluq etdiyi üçün əvvəllər də məhkumluq həyatı yaşayan Nurəddin, törətdiyi əməlin səbəbini belə izah edib.

Nurəddin Orucov – Saxlanılan şəxs: “Elə-belə, kefimdən”.

Peşman olsa da gələcəkdə pul əldə etmək üçün bu yola əl atıb-atmayacağını isə qismətin ayağına yazıb.

Nurəddin Orucov – Saxlanılan şəxs: “Allahdan asılıdır məndən yox. Əməlimdən peşmanam”.

Nurəddin Orucovun sözlərinə görə oğurluq yolu ilə əldə etdiklərini tanışı 29 yaşlı Mübariz Məmmədova satıb.

Faktla əlaqədar cinayət işi açılıb.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.12.2017
İsrail ordusu fiziki məhdudiyyətli fələstinlini öldürdü - Foto
14.12.2017
Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”
13.12.2017
Məşhur biznesmen oğlunu öldürdü: "Narkoman idi"
13.12.2017
Goranboyda yol qəzası - 3 nəfər ölüb
13.12.2017
Fədayə Laçının məhkəməsi başlayır - BU GÜN