Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5123

Digər sorğular

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

11:42  |    21 Noyabr 2017  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Qaziler.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclasda Komissiyaya yeni sədr seçilib.

Bildirilib ki, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə görə, Komissiyada təmsil olunan Tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə Komissiyanın sədri seçilir.

Ardıcıllığa uyğun olaraq Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə Komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.

Qeyd edək ki, indiyədək Komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.12.2017
Pensiyalar gecikmir-Açıqlama
15.12.2017
Şəhid ailəsinin evini başına uçurmaq istəyirlər – Nərimanov rayonunda misli görünməmiş qanunsuzluq!
15.12.2017
Nazirlik BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə Niyyət Məktubu imzalayıb
14.12.2017
Əhalinin 20 milyon borcu var - "Azərsu"
14.12.2017
Sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb