Azərbaycan Təbrizdə təşkil olunan beynəlxalq kitab sərgisində təmsil olunub.

Azərbaycan kitablarının nümayişi üçün stend sahəsi və avadanlıqları, həmçinin iştirak xərcləri təşkilat komitəsi tərəfindən təmənnasız təmin edilib.
Sərgidə İrandan başqa Türkiyə, Livan, Pakistan, İrak və s. olmaqla 21 xarici ölkə iştirak edib. Azərbaycan Təbriz Kitab Sərgisinə ilk dəfə qatılıb.
Sərgi müddətində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş kitablar nümayiş olunub.
125 xarici, 980 İran naşirinin iştirak etdiyi sərgi 6 500 000 adam tərəfindən ziyarət olunub.
Sosial şəbəkələrdə paylaş
Bölməyə aid digər xəbərlər