Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5123

Digər sorğular

“Azərsun“un “Hayastan daxilində Qarabağ“ı

09:42  |    29 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

"Azərsun Holdinq"in məhsulu olan "Azərçay"ın sponsorluq etdiyi Rusiyanın "Pole Çudes" verilişində ermənilərin növbəti Qarabağ yaramazlığına tanınmış jurnalist Azər Sarıoğlu reaksiya verərək maraqlı bir yazı qələmə alıb. Həmin yazını oxucularımıza təqdim edirik:

Azər SARIOĞLU |

"Azərsun"un sponsorluq etdiyi verilişdə "Hayastan daxilində Qarabağ" mahnısı səsləndi- birbaşa erməni-daşnak təbliğatına xidmət edən reklam idi.

Bildiyimiz kimi, ermənilər Qarabağa "Atrsax" deyir. Lakin bütün dünya bizim həmin Cənnət məkanımızı Karabakh kimi tanıdığından ermənilər Azərsunun sponsorluq etdiyi həmin verilişdə dünya ictimaiyyətinə

"Hayastan içində QARABAĞ" deyə xitab edirdilər.

Azərsun daxildə vecinə almadığı xalqı xaircdə düşünə bilərmi?

Azərsun məhsullarının millətə xeyri ilə Rusiyada sponsorluq etdiyi verilişin faydası düz mütənasibdir. Ölkə daxilində milləti zərərli məhsullarla zəhərləməyi bəs deyil, xarici ölkələrdə də reklam siyasəti yürüdərkən mənafelərimizi nəzərə almır. Sən erməni diasporunun təsir imkanlarını hesablamadan xaricdə reklam siyasəti yürütməyə girişirsənsə, nəticə bu olacaq. Bəlkə də Azərsunu baş vermiş hadisənin nəticəsini hələ də dərk etmir və sıradan hadisə sayır. Bəlkə də bilərəkdən etməyib. Ancaq biznesin, həm də böyük biznesin böyük siyasət olduğunu dərk etməyibsə, o zaman vay bu holdinqin halına və vay bizim halımıza!

Yadıma adı çəkilən holdinqin prezidenti Abolbari Gözəlin bir neçə ay əvvəl verdiyi açıqlama düşdü. Adam deyirdi ki, siqaret də istehsal edə bilərdim, lakin milləti zəhərləmək istəmədiyimdən bu işlə məşğul olmadım. O zaman cavab yazmışdım ki, zərərli yağ, az şəkərsiz qənd, şəkər tozu istehsalının və bazardakı mövqeyindən sui-istifadə edib qiymətləri bahalaşdırmağın yanında siqaret istehsalı toya getməlidir. Azərsunun sponsorluq etdiyi verilişdə Ermənistan maraqlarna uyğun təbliğatın aparılması daha betər idi. Məncə, Azərsun ya rekalm siyasətində naşı olduğunu əsaslandırmalı, ya da günahkar olduğunu etiraf etməlidir.
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları