Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5950

Digər sorğular

“Yaquar” ləqəbli Qarabağ qazisi faciəli şəkildə vəfat edib

23:36  |    24 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

İkinci qrup Qarabağ əlili, kapitan Hüseynov Əlihüseyn Ələsgər oğlu vəfat edib.

Bu barədə QAZİLER.AZ saytına Azərbaycan Vətən Müharibəsi Veteranlar (AVMVB) birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev məlumat verib. Onun sözlərinə görə, mərhum Səbail rayonunda “Baku Oxford” məktəbinin yaxınlığındakı binada yaşayırmış.

Ə.Hüseynov yaşadığı mənzilində təmir işləri aparırmış, binanın 9-cu mərtəbəsindən yıxılaraq faciəli şəkildə vəfat edib.

O, AVMVB Səbail rayon təşkilatının müavini olub.

Şərəfli döyüş yolu keçən Ə.Hüseynov məşhur Şıxov batalyonunda (18110 h/h) erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb. Döyüşçü kimi “Yaquar” adı ilə tanınıb.

Özündən sonra 3 azyaşlı ovladı qalıb.

Sabah səhər saat 11-də Badamdart qəbiristanlığında dəfn ediləcək!

Qarabağ qaziləri birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyi, birliyin Səbail rayon təşkilatı, QAZİLER.AZ saytı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Allah rəhmət eləsin!





Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda anasının tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxılıb
13.11.2018
Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı
12.11.2018
İcra başçısının keçmiş müavininin evinə basqın olub
12.11.2018
Ermənilər layiqli cəzalarını aldılar - Moskvadakı kütləvi davanın TƏFƏRRÜATI
11.11.2018
Moskvada ermənilərlə azərbaycanlılar arasında dava - VİDEO