Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5306

Digər sorğular

“Onların mənliyi olsa, Azərbaycan bayrağının altında oturmazlar” - Millət vəkili müstəqilliyimin əleyhinə səs verənlər haqqında sərt danışdı

20:40  |    20 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

Bunu “APA TV”-nin “İlham Tumasla 40 dəqiqə” verilişinin mövzusu 18 oktyabr Müstəqillik Günü ilə bağlı buraxılışında millət vəkili Vahid Əhmədov deyib.

Metbuat.az-ın məlumatına görə, “Müstəqilliyimizə necə çatdıq?” sualının müzakirəsi üçün verilişin qonaqları millət vəkili Vahid Əhmədov, Lent.az saytının baş direktoru Qabil Abbasoğlu və tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl olub.

Verilişdə izləyicilərdən birinin “Müstəqilliyimizin əleyhinə səs verənlər haqqında niyə danışmırsınız? Çoxu da vəzifədədir” sualına millət vəkili Vahid Əhmədov açıqlama verib: “Müstəqilliyimizin əleyhinə səs verənlərin özlərinin mənliyi olsa, Azərbaycan bayrağının altında oturmazlar. Çünki onlar bu gün Azərbaycan bayrağının altında olub, müstəqillikdən bəhrələnirlər. Həmin insanlar bizdən də çox bəhrələnirlər. O adamlar milli məclisdə də var, Prezident Aparatında da, Nazirlər Kabinetində də, dövlət qurumlarında da. Sən Azərbaycanın müstəqilliyini istəmirsən, müstəqilliyinin əleyhinə səs vermisən, bu gün ondan bəhrələnirsən”.

Verilişin aparıcısı İlham Tumas Millət vəkilinin məlum suala cavabını - "Bir səhvdir ediblər, silahı götürüb, geçiblər bizim tərəfə" deyərək, yekunlaşdırmaq istəsə də, Vahid Əhmədov "Sabah da vəziyyət dəyişsə, o biri tərəfə keçəcəklər" deyə sözünə davam edib.

Verilişə daha ətraflı baxmaq üçün videonu izləyə bilərsiniz.


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.02.2018
Əfv sərəncamının verilmə vaxtı DƏYİŞDİRİLƏ BİLƏR - SƏBƏB
17.02.2018
Azərbaycanda 2 ayın gəlin yoxa çıxdı (VİDEO)
17.02.2018
Bakıda Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatına DƏSTƏK- FOTOLAR
17.02.2018
Fevralın 26-da, saat 17-də... - Generaldan tapşırıq
17.02.2018
Ermənilərin törətdiyi Qaradağlı qətliamından 26 il ötür