Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5055

Digər sorğular

Avtobusda sərnişinlər son anda qəzadan xilas olundu - VİDEO

16:19  |    19 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər


Hadisə oktyabrın 16-sı saat 14:00-da 3 nömrəli xətt üzrə hərəkət edən "BakuBus”a məxsus 99-JH-287 dövlət qeydiyyat nişanlı avtobusun İnşatçılar prospektindən Şəhidlər Xiyabanı istiqamətə hərəkət edərəkən baş verib.


XəzərXəbər xəbər verir ki, "Bakubus” MMC-nin mətbuat katibi Mənsur Piriyevin paylaşdığı görüntüdə taksi sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, həm özünün həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atdığının şahidi oluruq.
Taksi sürücülərinin avtobusların dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq yol hərəkəti zamanı taksi sürücülərinin xüsusən ötüb keçmə və dönmə əməliyyatları zamanı tələskənliyi ictimai nəqliyyat üçün böyük təhlükələr yaradır.
Videodan aydın görünür ki, taksi sürücüsü avtobusu gözləməli olduğu halda, anidən zolağı dəyişib avtobusun qarşısına keçərək təhlükəli dönmə əməliyyatı həyata keçirir və açıq şəkildə qəza vəziyyəti yaradır. Bu cür hadisələr zamanı əksər hallarda sərnişinlər avtobus sürücüsünü günahlandırır və əsaslı və ya əsassız şəkildə onlara dəymiş ziyanın ödənilməsi üçün "BakuBus”a müraciət edirlər. Ancaq istənilən halda həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur.
Bu hadisə zamanı qəza vəziyyəti yaradan taksi sürücüsünün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının avtobusun kameralarına aydın şəkildə düşmədiyi görünür. Bununla belə həmin taksi sürücüsünün aiduyyatı orqanlar tərəfindən aşkar olunaraq qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunacağına inanırıq.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2017
AST Telman "Lotu Quli"nin həyatını necə xilas etdi?
21.11.2017
Qubada oğul atasını güllələyib
20.11.2017
Sürücü avtomobili radar dirəyinə çırptdı: Sərnişin öldü - VİDEO
20.11.2017
Bakıda zavodda partlayış olub, ölən və xəsarət alan var
19.11.2017
Azərbaycanlı qadın hərbçi həlak oldu - FOTOLAR