Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5123

Digər sorğular

Ozon adam

10:42  |    07 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

Elçin Şıxlının 60 yaşına

Vahid Qazi | [email protected]

“Feysbuk” Elçin Şıxlının doğum günündən xəbər verir. O, “feysbuk”un dostum elədiyi adamlardandı!

Bakıda olanda elə bir dostluğum olmayıb onunla, uzaqdan xətrini istəmişəm sadəcə. Qəribədi, Bakıda dostum olmuş nə qədər adam mən bura gələndən sonra daha dostum olmadılar. Onlar başqa, onlardan danışmıram. Sonradan dostlaşdıqlarımdan danışıram. İndi düşünürəm, onları mənə yaxın edən nədi belə?

Deyim!

Total mənəvi aşınma, maddi yoxsulluq dövrünü yaşayan cəmiyyətlərdə tək-tək adam təsəlli yeri olur. Təsəlli ümidin ölməmək üçün sığındığı ”yer”di, şaxtada adama daldalanacaq verən koma kimi, deyək.

Yolayrıcında çaşbaş qalan, döyüküb baxan, azmaq istəməyənlərə bələdçidi təsəlli adamlar.

Bəlkə də belələri bu gün cəmiyyətdə tutduqları, sərgilədikləri mövqeləriylə hansı rolu oynadıqlarını sonacan bilmirlər. Yəqin onların da duruxub qalan, yorulub duran, tərəddüd yaşayan anları olur. Bax, belə vaxtlarda onlara dəyərlərini xatırlatmaq bizim kimilərin borcudu.

Elçin atasının Azərbaycan ədəbiyyatına bəxş elədiyi Cahandar ağa yaşındadı bu gün. 60 yaşacan ləyaqətini qoruyub saxlamaq Cahandar ağaların zamanında da çətin idi. Bu gün ondan 60 qat çətindi.

Bir gün ona yazıb rusca ”Озоновые люди” (”Ozon adamlar”) kitabımın redaktoru olmasını xahiş elədim. Redaktə də elədi, hələ üstəlik ”Ön söz” də yazdı. ”Öz söz”də kitabdan bu cümlələri sitat gətirdi: ”İctimai vicdanlı adamlardan formalaşmış ziyalı təbəqə cəmiyyətin ozon qatıdı. Bu qat nə qədər qalındısa, xalqın, cəmiyyətin ictimai azarlara immuniteti bir o qədər güclü olur. Bizimsə “ozon qatımız” süzülüb, dəlmə-deşikdi. Elə “xəstəliklərimizin” səbəbi də budu”.

Elçin Şıxlını bax o ”ozon adamlar”dan hesab edirəm. Belə adamlar həm də Vaqif Bayatlı Odər demiş ”sınıq pəncərələrə tutulmuş qəzet” kimidilər bir növ.

60 yaşın mübarək olsun, ”ozon adam”!

Vahid Qazi

4 oktyabr 2017

Trossö, İsveç
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
23.09.2017 Əlili əlində tutan ölkə - İsveç
07.09.2017 Vətəni pulla almaq - Vahid Qazi yazır
21.08.2017 Balacaboy hündür adam
25.07.2017 Qarabağın açarı
06.12.2016 Harda desən varıq, Ağdamdan savayı...