Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5117

Digər sorğular

Keçmiş MTN generallarının məhkəməsində FHN-in sabiq əməkdaşı dindirilib - YENİLƏNİB

16:46  |    25 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin olunub

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

QAZİLER.AZ saytının "Report"a istinadən verdiyi xəbərə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Sahib Qurbanovun epizodu üzrə FHN-in sabiq əməkdaşı İlham Abbasov ifadə verib. O bildirib ki, Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov S.Qurbanovda siqaret olmasını deyib: "Vüqar mənə zəng elədi ki, "Rafiq Səfərovda siqaret var, get onu götür, pulunu da mənə ver". Mən də onun dediyini elədim. Siqaretləri Rafiqdən götürdüm, pulunu da Vüqara verdim".
Daha sonra "Ankara" klinikasının həkimi Elşən Tağıyevin epizodu üzrə iki həkim dindirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.
*** 14:11
Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə yenə jurnalistlər buraxılmayıb.

İclasda sabiq MTN əməkdaşlarının ifadə vermələri gözlənilir.
Proses davam etdirilir.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.12.2017
Rəsədxana “meteorit seli” ilə bağlı AÇIQLAMA verdi
13.12.2017
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib
13.12.2017
Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı - VİDEO
13.12.2017
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əliyar Əliyevin xatirə lövhəsi qoyuldu - BAKIDA
13.12.2017
2017-də kimləri itirdik?