Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5485

Digər sorğular

695 bal toplayan abituriyent müəllimlik ixtisasını seçib - VİDEO

15:09  |    24 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


695 bal toplayan abituriyent seçdiyi ixtisası ilə bir çoxlarını təəccübləndirib.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Hovsan qəsəbə sakini Səidə İsmayılova bu il respublika üzrə ən yüksək bal toplayan abituriyentlərdəndir. Yüksək bal toplamasına baxmayaraq o, xəyalındakı peşəni başqa ixtisaslara dəyişməyib. Hazırda o, təhsilini Bakı Dövlət Univeristetinin Filologiya fakultəsində davam etdirir.

Səidənin sözlərinə görə, bir çoxları onun yığdığı baldan sonra başqa ixtisası seçəcəyini düşünsə də, valideynləri onun bu seçiminə hörmətlə yanaşıb.
İmtahana çox az müddətdə hazırlaşdığını deyən Səidə bəzi fənləri ona qardaşının öyrətdiyini deyir. Müsahibimiz deyir ki, ilk imtahanında topladığı 675 bal ona arzusundakı ixtisasına qəbul olmağa tam kifayət etsə də, onun məqsədi yalnız bu olmayıb. Son nəticədə 700 balı hədəfləsə də, 5 bal onu məqsədinə tam nail olmağa imkan verməyib.
Səidə deyir ki, universitetdə də onun seçiminə təəccüblənənlər az deyil. Onun məqsədi isə burda ən yaxşı olmaqdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm
23.04.2018
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kollektivə təqdim edilib
21.04.2018
Şamaxıda yeni istifadəyə verilən yollar dağıldı - Foto
20.04.2018
Nazirlikdə Asiya İnkişaf Bankının Ölkə üzrə Diaqnostik Tədqiqatının nəticələri müzakirə olunub
19.04.2018
Ombudsmandan sosial şəbəkələrlə bağlı AÇIQLAMA: "Hüquqi tənzimlənməyə ehtiyac var"