Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5117

Digər sorğular

Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü

17:27  |    22 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb.


Qaziler.az Moderator.az-a istinadən xəbər verir ki, İsmayıllı Region Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev "Report"un əməkdaşına bildirib ki, buna səbəb evin bir divarının uçması olub.

Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər: "Onlar artıq yeni layihəni təsdiqləyiblər. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək".

R.Tağıyev qeyd edib ki, ev əvvəlki formasında və şərq memarlıq üslübunda olacaq: "Bu binada əvvəlkindən fərqli olaraq konfrans zalı və fond otaqları yerləşəcək. Binanın tikintisi ilə nəvələri şəxsən məşğul olur. Onlar bu yaxınlarda Mirzə Ələkbər Sabirin gəlininin dəfn mərasimi üçün Şamaxıya gəlmişdilər. Gəlini Sabirin yanında dəfn olunub".

Qeyd edək ki, M.Ə.Sabir 1911-ci ildə 49 yaşında Şamaxıda vəfat edib və doğma şəhərində torpağa tapşırılıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Bakıda məhbus ölümü:Səbəb açıqlandı
13.12.2017
ANS-in keçmiş əməkdaşı həbs edildi
11.12.2017
Vahid Mustafayevlə Mirşahinin yolları ayrılır?..
11.12.2017
Jurnalist Etibar Cəbrayıloğlu ilə FOTOSÖHBƏT
10.12.2017
Fazil Məmmədovun işdən azad edilməsinə qızının reaksiyası - Foto