Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5117

Digər sorğular

Köçkün müəllim Prezidentdən kömək istədi - “Məni işdən çıxarırlar”

12:06  |    22 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin ali kateqoriyalı ingilis dili müəllimi Əbülfət Alışov Azərbaycan Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənova, təhsil naziri Mikayıl Cabbarova müraciət edərək, kömək istəyib.

Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, Biləsuvar rayonundakı 7 saylı məcburi köçkün qəsəbəsində məskunlaşan Əbülfət Alışov bildirib ki, o, 2016-2017-ci tədris ilinin sonunadək bu şəhərcikdəki orta məktəbdə müqavilə ilə ingilis dili müəllimi işləyib. Amma yeni tədris ilindən onu işdən uzaqlaşdırırlar:

“Mən uzun illərdir ingilis dili müəllimi olaraq çalışıram. Vaxtilə dərs dediyim şagirdlərim indi mənim ixtisasım üzrə ölkəmizin müxtəlif yerlərində ingilis dili müəllimi işləyirlər. Mən ömrü boyu yalnız təhsil sahəsində çalışmışam, 4 övladımın da ali təhsil almasına müəllim işləməklə nail olmuşam. 16 nəfərdən çox ingilis dili müəllimi yetişdirmişəm. Elə bu il iki nəfər şagirdim Azərbaycan Dillər Universitetinə qəbul olundu. Müəllimlərin diaqnostik qiymətləndirməsində keçid balı 10 olduğu halda mən 32 bal topaladım.
65 yaşına çatdığım üçün mövcud qaydalara görə, müqavilə ilə 70 yaşa qədər işləyə bilərəm. Əmək fəaliyyətim da digər kriteriyalara uyğun gəlir.
Təəssüf ki, bu il Cəbrayıl rayon Təhsil Şöbəsi mənimlə müqavilənu uzatmaq istəmir. Təhsil Şöbəsindən müraciətimə cavab olaraq bildirilib ki, “Əməkdar müəllim” olmadığımdan belə qərar veriblər. Bu hansı kriteriyada qeyd olunub, izah edə bilmirlər.

Sizdən xahiş edirəm ki, mənim vəziyyətimi nəzərə alıb, əmək müqaviləmin uzadılmasına köməklik göstərəsiniz. Xahiş edirəm, ədalətin bərpası üçün tədbir görəsiniz”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Bakıda məhbus ölümü:Səbəb açıqlandı
13.12.2017
ANS-in keçmiş əməkdaşı həbs edildi
11.12.2017
Vahid Mustafayevlə Mirşahinin yolları ayrılır?..
11.12.2017
Jurnalist Etibar Cəbrayıloğlu ilə FOTOSÖHBƏT
10.12.2017
Fazil Məmmədovun işdən azad edilməsinə qızının reaksiyası - Foto