Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6195

Digər sorğular

Millət vəkilindən aksiya: xərçəng xəstəsi üçün... - Foto

19:28  |    18 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

“Azərkitab”da millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxmış “Sevgidən eşqə” və “Səni Allaha eşq götürür” adlı kitablarının imza günü və “Azərkitab”la Q.Paşayevanın birgə xeyriyyə aksiyası keçirilib.

Qaziler.az Kult.az-a istinadən xəbər verir ki, tədbiri açan Fəxriyyə Lilpar-İsayeva millət vəkilinin kitablarının mövzu və ideyasından danışıb. O bildirib ki, Qənirə Paşayevanın müəllifi olduğu hər iki kitabın satışından əldə olunacaq gəlir xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəyə ehtiyacı olan gənc fəal Arzu Qocayevə dəstək üçün ona hədiyyə ediləcək.

“Azərkitab” Kitab Təbliğat Mərkəzinin rəhbəri Sabir Həsənov təşəbbüsü alqışladığını, bu işə böyük məmnuniyyətlə dəstək verdiklərini, gələcəkdə də belə təşəbbüslərə hər zaman açıq olduqlarını bildirib.

Millət vəkili Q.Paşayeva imza günü və xeyriyyə aksiyası üçün gələn çoxsaylı oxucuları, kitabsevərləri, sadə insanları bir arada görməkdən məmnun olduğunu deyib və onlara təşəkkür edib.

Tədbirə tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri, iş adamları, İraq türkmanlarının fəal təşkilat rəhbərləri, qardaş Türkiyə təmsilçiləri də qatılıblar. “Həyat” Fondunun rəhbəri Hacı Nuran, əməkdar artist Aybəniz Haşımova, “Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyeva və başqaları Qənirə Paşayevanı yeni kitabı münasibəti ilə təbrik etməklə yanaşı, aksiyada fəal iştirak ediblər.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.03.2019
Ruhun şad olsun, Fərman Kərimzadə!
25.02.2019
“Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub
22.02.2019
Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində
18.02.2019
Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində
02.02.2019
Avtoritetin xatirələri - Bəhram Çələbi yazır