Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5309

Digər sorğular

Yapon teatrı Bakıya gəlir

10:46  |    14 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində təşkil olunacaq Yaponiya qida məhsulları sərgisi zamanı ziyarətçilərə yapon milli teatr sənəti də təqdim ediləcək. Bu barədə Azərtac-ın Yaponiyadakı xüsusi müxbirinə “Cross Border Club” şirkətinin meneceri, sərginin icraiyyə komitəsinin sədri Kazuyasu İşida məlumat verib.

Azərbaycanda ilk dəfə keçiriləcək Yaponiya qida məhsulları sərgisinə ciddi hazırlaşdıqlarını bildirən K.İşida qeyd edib ki, artıq 60-dan artıq yapon şirkəti sərgidə öz məhsullarını nümayiş etdirmək niyyətində olduğunu bidirib. Sərgi zamanı həmin şirkətləri təmsil edəcək 150-dən artıq yapon iş adamının Bakıya səfəri gözlənilir. İlk dəfə təşkil edilən sərgidə yapon qida məhsulları və içkiləri ilə yanaşı, ərzaq məhsullarının hazırlanması zamanı istifadə edilən mətbəx ləvazimatlarının, eyni zamanda yüksək keyfiyyəti ilə seçilən kosmetik vasitələrin də ziyatəçilərə təqdim edilməsi nəzərdə tutulur.

Bundan əlavə, Yaponiyanın tanınmış Kabuki Milli Teatrının sənətkarları da ziyarətçilər qarşısında çıxış edəcəklər. K.İşida əmin olduğunu bildirib ki, qədim yapon incəsənətini yaşatmaq məqsədilə 1966-cı ildə yaradılan və sonralar UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilən teatrın təqdim edəcəyi yapon milli incəsənəti nümunələri sərginin iştirakçıları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Aygün məhkəməyə gəlmədi - yaşayış yerini dəyişib
16.02.2018
Şəmistan Əlizamanlıdan “Zeytun budağı” əməliyyatına dəstək – “Yürüyün, əsgər!” mahnısını ifa elədi - VİDEO
15.02.2018
Röya Ayxanın Aygün Bəylərə qarşı iddiası məhkəmə baxışına verilib
14.02.2018
Leyla Əliyevanın şeirlər toplusu Moskvada satışa çıxarılıb
13.02.2018
Xalq artisti vəfat etdi