Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5317

Digər sorğular

“Apreldə Azərbaycanı nə rus, nə də silah dayandırıb“: Erməni kəşfiyyatçısından etiraf

20:05  |    13 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Ermənistanda kəşfiyyat qoşunlarının yaradıcılarından biri hesab olunan, keçmiş döyüşçü Vova Vardanov Ermənistan parlamentində Daşnak qrupunun rəhbəri Armen Rustamyanın "Aprel döyüşlərində Rusiyanın imkanları və vasitəsilə qalib gəlmişik" bəyanatına sərt reaksiya verib.

AzVision.az xəbər verir ki, Vova Vardanov "1in.am" xəbər agentliyinə verdiyi müsahibədə aprel döyüşləri ilə bağlı bəzi məqamlara da toxunub:

“Əgər o, belə bir bəyanat veribsə, demək yaxşı təsəvvür edə bilmir ki, azərbaycanlılar şimalda və cənubda özlərinə lazım olan mövqelərə çıxıb, dayanmışdı. Onları nə rus, nə də silah dayandırıb. Onlar öz komandirlərinin əmrlərinə əsasən dayanıblar. Çünki gücləndirmə məqsədilə Ağdam və Əsgəran istiqamətindən qoşunları çıxardaraq şimal və cənuba aparacağımızı düşünürdülər. Lakin, bu baş vermədi, ona görə ki, Qarabağa 5-7 min könüllü döyüşçü axını etdi və buna ehtiyac qalmadı. Unutmaq olmaz ki, Azərbaycana silah tədarük edən ən böyük ölkə Rusiya Federasiyasıdır.”

Vardanov Ermənistanda daxilində Rusiya meyilli şəxslərə “cənablar vazelin və sabun var. Bundan faydalanın”- deyə cavab verib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.02.2018
“Bermud üçbucağına” çevrilən Minsk Qrupu:30 illik Qarabağ münaqişəsi nə üçün həll olunmur? –Tomas de Vaaldan TƏHLİL
22.02.2018
Köçəryan Xankəndinə gəldi, Petrosyan isə imtina etdi
22.02.2018
Düşmən Qarabağda itki verdi
22.02.2018
UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər
22.02.2018
3 şəhid qardaşın xatirə lövhəsinin açılışı oldu - FOTO - VİDEO