Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4889

Digər sorğular

Azərbaycanlı deputat Saakaşvili ilə danışıqlara başladı

17:35  |    13 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

"Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün saat 6-da Ukrayna şəhərlərinin birində insanları meydanlara toplayacaq. Mitinq olacaq”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov Mixaei Saakaşvilinin Ukraynaya daxil olmasını şərh edərkən deyib.
Azər Süleymanov bildirib ki, dünən Saakaşvili ilə telefon əlaqəsi yaradıb.

“Axırıncı dəfə sentyabrın 9-da Saakaşvili ilə görüşmüşük. Dünən isə telefon vasitəsilə söhbət etmişik. Məsələləri müzakirə etdik. Ən maraqlısı odur ki, artıq Ukrayna dövləti Saakaşviliyə cinayət işi aça bilmir. Onu Gürcüstana ekstradisiya da edə bilmirlər. Çünki Gürcüstan hökuməti Saakaşviliyə elə gülməli formada cinayət işi açıb ki, hələ tam məhkəmə qərarı belə verilməyib.

Halbuki, Gürcüstanın hazırkı rəhbərliyi büdcədə olan milyonları vəsaiti dağıtmaqla məşğuldur, rüşvətxorluq baş alıb gedir. Əgər bu işlərə cinayət işi açılmayıbsa, Gürcüstanın indiki rəhbərliyini 15 ildən 50 ilə qədər cinayət işi gözləyir. Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalıların tərəfini yox, ciblərinin tərəfini tutdular. Bu da böyük narazılıqlar yaratdı”.

Azərbaycanlı deputat deyir ki, Saakaşvilin Ukraynanın Çernovets şəhərində təşkil edəcəyi mitinqdə bu məsələlər tələb ediləcək.

“Bugünkü mitinqdə Saakaşvili növbədənkənar parlament seçkilərinin keçirilməsini və Poroşenkonun istefasını tələb edəcək. Bu gün Ukrayna pis vəziyyətdədir. Gündən-günə Ukraynada Saakaşvilinin tərəfdarlarının sayı artmaqdadır. Müxalif qüvvələr onun ətrafında toplaşıblar. Ukrayna kimi varlı dövlətin insanları aclıq və səfalət içindədir. Saakaşvili ukraynalıları ağ günə çıxaracaq”.

Saakaşvilinin ailəsinə gəlincə, Azər Süleymanov heç bir təhlükənin olmadığını dilə gətirib.

“Saakaşvilinin həyat yoldaşı Sandra xanım və uşaqları Gürcüstandadır. Bu gün Sandra xanımla görüşüb söhbət etdik. Ailəsinə qarşı heç bir problem yoxdur. Təhlükəsiz şəraitdə yaşayırlar”

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna polisi Mixail Saakaşviliyə ölkə sərhədlərini qanunsuz keçməyə görə cinayət işi açıldığını deyib.
Bundan əvvəl isə Pyotr Poroşenkonun qərarı ilə Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılmışdı.

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov Mixail Saakaşvilinin Ukraynaya daxil olmasını şərh edərkən deyib.

Sosial şəbəkələrdə paylaş

Bölməyə aid digər xəbərlər
21.09.2017
Trampdan Şimali Koreya haqda şok qərar
21.09.2017
Türkiyə parlamenti növbədənkənar iclas keçirəcək - REFERENDUMA GÖRƏ - VİDEO
21.09.2017
Sarkisyanın səfəri qarşıdurmaya səbəb oldu
21.09.2017
İranın ali rəhbəri Donald Trampı aciz və başıboş adlandırıb
20.09.2017
Ərdoğan: “O silahların Türkiyəyə qarşı istifadə olunmayacağına kim zəmanət verə bilər?“ - VİDEO