Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5306

Digər sorğular

Ombudsman Bakı İstintaq Təcridxanasında olub

15:48  |    13 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.


Ombudsman Aparatından Trend-ə verilən məlumata görə müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Ombudsman tərəfindən həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, ərizə və müraciətlərinə baxılıb, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib, ərizələrdə yer alan məsələlərin həlli istiqamətində Müvəkkil səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirib.

Bununla yanaşı, bəzi qəbul edilmiş şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirib, müraciətlərində yer alan istintaq, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib.

Söhbət aparılan şəxslər bu müəssisədə saxlanma şəraitindən, əməkdaşların onlarla rəftarından və göstərilən tibbi xidmətdən şikayət etməyiblər.

Müvəkkil həmin şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər aparıb və öz tövsiyələrini verib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.02.2018
DTX-dan əməliyyat: "Rəis" tutuldu
16.02.2018
Bakıdakı dəhşətli qəzadan görüntü yayıldı - Video
16.02.2018
3 körpə uşağı olan anaya kömək edək - FOTOLAR
16.02.2018
SOCAR əməkdaşı özünü 8-ci mərtəbədən atdı - İntihar
15.02.2018
Etibar Babayev yenidən AzTV-də