Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4889

Digər sorğular

Nazir müavini: Milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq

13:55  |    13 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan kino sənayesinin inkişafını təmin edərək, milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq.


Qaziler.az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yaşlı və orta nəsil kinematoqrafçılarla görüşdə deyib.

Ə.Vəliyev qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk illərdə məlum səbəblərdən kino sənayesi tənəzzül dövrü yaşayıb:

"Amma qısa zamanda bu çətinliklər də aradan qaldırıldı. Ölkə başçısının 2008-ci il 4 avqust tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” milli kino sənətinin inkişafında yeni mərhələnin başlanması idi".

Ə.Vəliyev deyib ki, son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” satirik kinojurnalının 18 buraxılışı çəkilib. O cümlədən, dövlət sifarişi ilə Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə 9 bədii, 85 sənədli film həsr olunub, 2013-2016-cı illərdə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 75 sənədli film ərsəyə gətirilib.

Azərbaycanda kino sənayesinin böyük potensialının olduğunu deyən Ə.Vəliyev qeyd edib ki, bunu sovet dövründə rejissor, ssenarist, operator və aktyorlarımızın ərsəyə gətirdikləri dəyərli filmlər bir daha sübut edir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.09.2017
“Yuğ” Teatrı yeni mövsümü açıq elan edib
21.09.2017
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun“ operası ilk dəfə Rusiyada nümayiş olunacaq
20.09.2017
Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq...”
20.09.2017
Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivala hazırlaşır
19.09.2017
“Arşın mal alan” filmi Serbiyanın paytaxtında nümayiş olunub