Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5628

Digər sorğular

Bakı-Şamaxı yolunun sürüşmə zonasına düşən hissəsi yenidən qurulacaq

23:37  |    12 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 91-107-ci kilometrliyinin əsaslı təmirinə başlanılacaq.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, həmin ərazinin bəzi hissələri aktiv sürüşmə zonalarından keçir: "Yolun həmin hissəsinin yenidən qurulması üçün sənədlər hazırlanıb, yollarda tikiləcək mühərrik istehkam qurğuları hesablanıb və layihə aidiyyəti orqanlara təqdim edilib. Yaxın vaxtlarda yolun həmin hissəsinin təmirinə başlanılacaq".

A.Nəcəfli qeyd edib ki, təmir zamanı yolda baş verəcək sürüşmə hallarının da qarşısı alınacaq.

Qurum rəsmisi vurğulayıb ki, həmin yolda aktiv sürüşmə olan hissələr "Azəravtoyol" ASC-nin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır: "Aktiv sürüşmə zonaları olan bu ərazilərdə tez-tez sürüşmə halları baş verir. Sürüşmələr də həmin ərazidən keçən yolun torpaq qatına təsirsiz ötüşmür. Burada çökmə olan zaman sürüşmənin yaratdığı fəsadların dərhal aradan qaldırılması və yolda hərəkətin bərpasına maneçilik törədilməməsi üçün həmin ərazilər nəzarətdə saxlanılır".

A.Nəcəfli deyib ki, hazırda yolda avtomobillərin hərəkətində problem yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Trend-ə açıqlamasında bildirib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də uçqun, çökmə, axıntı tipli sürüşmə prosesi baş verib. Onun sözlərinə görə, sürüşmənin məhsulları yola tökülüb. Ə.Qaralov qeyd edib ki, bundan başqa, Şamaxı rayonunda bir necə il əvvəl inşa olunan Çuxuryurd-Qızmeydan yolunun 2-4-cü km-də sürüşmə sahəsində aktivlik müşahidə edilir.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-91-ci kilometrliyi yenidən qurulub. Adıçəkilən avtomobil yolu genişləndirilərək 2 zolaqlı yoldan 4 zolaqlı yola keçirilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Dövlət xidmətindən əcaib açıqlama: "Zəhərlənmə olmadığı üçün monitorinq keçirməmişik"
21.06.2018
Oliqarxların yüzlərlə süni balıq gölləri nəzarətə götürüldü, 147-si LƏĞV EDİLDİ
21.06.2018
Vikipediyada AXC ilə bağlı nə baş verir?-VİDEO
21.06.2018
Azərbaycana yay fəsli daxil olub
21.06.2018
“Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində