Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5306

Digər sorğular

Rusiya, Azərbaycan və Ermənistanın dini liderləri birgə bəyanat qəbul ediblər - MƏTN

19:57  |    08 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Ermənistanın katalikosu II qareginin imzaladığı sənəddə deyilir: "Bu gün biz - Azərbaycan və Ermənistanın dini liderləri Rusiya patriarxı Kirillin dəvəti ilə yenidən Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Bunsuz Qafqazda sülh və təhlükəsizlik əldə etmək mümkün deyil.

Biz münaqişənin hərtərəfli həllinə kömək olacaq sülhməramlı dialoqun davamlı şəkildə inkişafına, danışıqların davam etdirilməsinə və beynəlxalq ictimaiyyətin vəsaitçəliyinə böyük önəm veririk.

Əminik ki, fikir ayrılığını yalnız mehriban qonşuluq və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq mümkündür.

Azərbaycan və erməni xalqları hər zaman çiyin-çiyinə yaşayacaqlar, bu səbəbdən sülh və əməkdaşlıqdan başqa perspektiv yoxdur. Çoxsaylı çağırışlarla üz-üzə qalan xalqların dini liderləri onlara cavab axtarmağa məcburdurlar.

Biz sülhün qorunması və münaqişə ilə əlaqəli olan humanitar problemlərin həlli üçün dualarımızı əsirgəmirik və ictimai-siyasi xadimləri də buna çağırırıq.

Müharibə və düşmənçilik ritorikasından imtina etmək olduqca vacibdir.

Hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərin azadlığa buraxılması vacibdir.

Dini liderlər olaraq biz kilsələrin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasına çağırıq. Dini abidələrin qorunması olduqca vacibdir.

Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülhməramlı təşəbbüsləri dəstəkləməyə hazırıq".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.02.2018
Düşmən atəşkəsi 122 dəfə pozub
17.02.2018
Qaradağlı faciəsi…VİDEO
17.02.2018
Gərgin gecə; Ermənistan ordusu atəşkəs rejimini 125 dəfə pozub
16.02.2018
Türkiyənin “dərin dövləti” ABŞ-ın Azərbaycanla bağlı DƏHŞƏTLİ PLANINI AÇDI: Ermənistan...
16.02.2018
Rusların PKK-nı Qarabağa gətirməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI: Türkiyə bombalayacaq və... - ŞOK PLAN