Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4897

Digər sorğular

Kopenhagenə gedib “Qarabağ“ın oyununa baxmaq neçəyə başa gələcək? QİYMƏTLƏR - VİDEO

21:18  |    18 Avqust 2017  |   E-mail  |  Çapa göndər


Birinci sınağından üzü ağ çıxan qarabağ komandasına səfər oyununda da azarkeşlər dəstək olacaqlar.

Bakıda keçirilən UEFA çempionalar liqasının pley of mərhələsinin ilk ev oyununda Tofiq Bəhrəmov adına Respublika Stadionu indiyə qədər görülməyən bir azarkeş coşqusuna şahid olmuşdu. İlk oyunda 1-0 qələbə qazanan "Qarabağ”ın Kopenhagendəki səfər oyununa da indidən turizm şirkətləri tur paketlər hazırlayıb.
Tofiq Bəhrəmov adına respublika stadionunda keçirilən Uefa çempionlar liqasının pley of mərhələsinin Qarabağ -kopenhagen oyununda biletlər demək olar ki,ç ox tez bir zamanda satılıb qurtarmışdı. Azarkeş dəstəyinin qarşılığını qələbəylə qaytaran "Qarabağ"in səfər oyununa da böyük maraq var.
Artıq bəzi turizm şirkətləri sırf oyun üçün üçün xüsusi paketlər hazırlayıblar.
Kopenhagendə keçiriləcək cavab oyununda Qarabağ Azərbaycan futbol tarixində bir ilkə imza ata bilər. Elə buna görə də yazılacaq bu tarixə canlı şahid olmaq istəyənlər də çoxdur.
Təklif edilən tur paketdə azarkeşlərin qarşılanma və yola salınma, aviabilet və oyun biletləri də olmaqla otel xərcləri də daxildir.Qiymətlər isə otelin və stadionda yerin qiymətindən asılı olaraq dəyişir. Otel və aviabilet birlikdə 1700 manatdan, stadionda yerlərin qiyməti isə 26 manatdan başlayır.
Kopenhagenə getmək üçün viza tələbi olduğundan oyuna getmək istəyən azarkeşlər bir neçə gün öncədən müraciət etməlidir. Oyun avqustun 23-də Bakı vaxtı ilə 22 :45 də başlayacaq.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.09.2017
Azərbaycanın voleybol üzrə milli komandası dörddəbir finala yüksəlib
25.09.2017
“Roma” Bakıya 19 futbolçu ilə gəlir
24.09.2017
“Dedi “ağzını bağla“ və mənə yumruq vurdu“ - Ruslan Qurbanov
24.09.2017
Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxıb
24.09.2017
Neymar PSJ-də nə qədər maaş alır?