Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5055

Digər sorğular

Evləndiyi azərbaycanlı qadın dələduz çıxdı: Türkiyə vətəndaşı onu axtarır - VİDEO

21:53  |    16 Avqust 2017  |   E-mail  |  Çapa göndər


Azərbaycandan evlənmək üçün qadını Türkiyəyə aparan şəxs dələduzluqla qarşılaşıb. Qadın onun 1200 dollar pulunu və 1000 manatlıq telefonu götürərək aradan çıxıb.

Azərbaycanlı xanımla tanış olub onu evlənmək üçün öz ölkəsinə aparan Türkiyə vətəndaşı dələduzluqla qarşılaşıb. Belə ki, həmin qadın onunla evləndikdən 2 ay yarım sonra pullarını götürərək evdən qaçıb, Azərbaycana qayıdıb. Türkiyə vətəndaşı onu aldadıb qaçan qadını tapmaq və ondan məhkəmə qaydasında təzminat tələb etmək üçün Azərbaycana gəlib.

Hadisə Azərbaycanda bir müddət tikinti sahəsində işləyib sonradan Türkiyəyə qayıdan və Qarsda yaşayan Türkiyə vətəndaşı 47 yaşlı Mustafa Mutluərin aşına gəlib. O, Azərbaycanda Mirzəyeva Fidan Əlamdar qızı adlı bir xanımla tanış olub, sonradan onu evlənmək üçün özünün də könüllü razılığı ilə Türkiyəyə aparıb. Orda kəbin kəsilib və 2 ay yarım birgə yaşayıblar. Sonra isə qadın evdən pul və bahalı telefonu götürərək aradan çıxıb.
Mustafa Mutluər bildirir ki, Fidan Mirzəyeva əvvəlcə Xırdalanda yaşadığını deyib, sonra evlərinin Kürdəmirdə olduğu məlum olub. O deyir ki, aralarında heç bir soyuqluq olmayıb. Mustafa Fidanın bu hərəkətindən sonra bütün qohumlarının yanında başı aşağı qaldığını deyir.
Mustafa onu aldadıb qaçan qadını tapmaq üçün polis və məhkəmə orqanlarına müraciət edib. Məqsədi ona dəyən maddi və mənəvi ziyanı tələb etməkdir.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2017
AST Telman "Lotu Quli"nin həyatını necə xilas etdi?
21.11.2017
Qubada oğul atasını güllələyib
20.11.2017
Sürücü avtomobili radar dirəyinə çırptdı: Sərnişin öldü - VİDEO
20.11.2017
Bakıda zavodda partlayış olub, ölən və xəsarət alan var
19.11.2017
Azərbaycanlı qadın hərbçi həlak oldu - FOTOLAR