Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6021

Digər sorğular

Alim Qasımov: “Yaş üstünı yaş gəldikcə özümə deyirəm ki, ağıllı ol” – MÜSAHİBƏ

16:48  |    14 Avqust 2017  |   E-mail  |  Çapa göndər

14 avqust Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımovun doğum günüdür.


A.Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. 1979-cu ildə Azərbaycan Televiziyası ilə ilk çıxışı olub. Hazırda Asəf Zeynallı adına Musiqi Məktəbində və Bakı Musiqi Akadamiyasında çalışır. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Azərbaycan muğamını bütün dünyada təbliğ edən xanəndə bu gün 60 yaşına qədəm qoyur.

Modern.az saytı səbəbkarın doğum günündə onunla əlaqə saxlayıb. Qısa da olsa müsahibə ala bilib.

- Alim müəllim, öncə doğum gününüzü təbrik edirik. Hər bir oxucu üçün maraqlıdır. Alim Qasımov doğum gününü necə keçirir?

- Doğum günümü ailəmlə qeyd edirəm. İndi də dostlarımızla, yaxınlarla bir yerdə oturmuşuq.

- Adətən yaş artdıqca insanların fikirləri dəyişir. Hiss edirsinizmi ki, fikirləriniz dəyişib?

- Yaş üstünə yaş gəldikcə özümə deyirəm ki, ağıllı ol, bir az özünü ağır apar. Düzdür, cavanlıq beynimdə fırlanır, amma özümü tənbeh edirəm. Yəni özümə tərbiyə verə-verə yaşamaq istəyirəm.

- Bəs ifalarınız necə? Əvvəlki illərlə müqayisədə fərqlənirmi?

- Zaman istər-istəməz ifalarıma da təsir edir. Adam yaşına baxıb utanır.

- Yayı necə keçirirsiniz? İstirahətiniz necədir?

- Şükür Allaha hər şey yaxşıdır. Diqqətinizə görə minnətdaram.

- Alim müəllim, bu gün televiziyalarda kifayət qədər muğam müsabiqələri olur. Münsif kimi iştirak etmək üçün sizə dəvətlər gəlirmi?

- Bəli. Müsabiqələrdə münsif kimi məni dəvət edənlər kifayət qədərdir. Elə indi də çox təkliflər gəlir.

- Bəs nə üçün iştirak etmirsiniz?

- Vaxt məsələsinə görə təkliflərə müsbət cavab verə bilmirəm. Həm də hövsələm tab gətirməz. Digər tərəfdən ustadlarımız orada oturublar, daha mənim üçün əlavə yer ayrılmasına ehtiyac yoxdur.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Qarşıda bizi gözləyən konsertlər var. Yəni yaradıcılıqda irəliləyiş çoxdur, sadəcə enerji lazımdır. Təki Allah bol enerji, qüvvə versin ki, istədiklərimizi reallaşdıra bilək.

- Alim müəllim, sosial şəbəkələrdə sizin adınıza səhifələrin olduğunu görürük. Maraqlıdır, sizin idarə etdiyiniz hesabınız varmı?

- Düzü onlardan heç xəbərim yoxdur. Sosial şəbəkədən də istifadə etmirəm. Ancaq bəzi hesabların sahibini tanıyıram. Görürəm ki, çox həvəslidirlər. Ona görə onlara “işinizlə məşğul olun, onsuz da mən istifadə edən deyiləm” deyirəm.

- Maraqlıdır, mətbuatı izləyirsinizmi?

- Xeyr. Nə televiziyaları, nə də saytları izləmirəm.

- Hazırkı gənc muğam ifaçıları ilə bağlı düşüncələriniz necədir?

- Bu haqda fikir bildirmək üçün vaxt ayırmaq, diqqət etmək lazımdır. Ona görə də heç nə deyə bilmərəm. Allah hamısının köməyi olsun. İstedadı, bacarığı olanlar onsuzda suyun üzünə çıxacaqlar. Bunu da bütün xalqımız, dünya görəcək və qiymətləndirəcək.

- Prezidentin sərəncamına əsasən “Şərəf Ordeni” ilə təltif edildiniz. Gözləyirdinizmi?

- Əlbəttə, cənab prezidentimizin bu addımı məni və o cümlədən tamaşaçıları, məni sevənləri, ailəmi çox sevindirdi. Bu diqqətə görə öz minnətdarlığımı bildirirəm.

Günay RƏSULQIZI

Modern.az
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.11.2018
Erməni əsir: Biz onlar üçün “Qarabağ eşşəkləriyik”
21.11.2018
“Azərbaycanda 50 il bundan sonra futbol ola, ya olmaya” – Yunis Hüseynov
20.11.2018
Salman Alıoğlu: “ Həmin vertolyotda Tamerlan Qarayev də ola bilərdi, amma...”
12.11.2018
Vahid Əhmədov: “Manatın məzənnəsi saxlanılacaq” - Müsahibə
09.11.2018
“10 ildir, pulsuz işləyirəm...” - MİA-ın baş redaktoruyla müsahibə