Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5769

Digər sorğular

Azərbaycanlı xanımın romanı beynəlxalq müsabiqədə ikinci oldu

16:10  |    02 Avqust 2017  |   E-mail  |  Çapa göndər

Ənənəvi olaraq, Rusiyada keçirilən “Russkaya premiya-2016” ədəbiyyat müsabiqəsində “irihəcmli nəsr” nominasiyası üzrə Azərbaycanı təmsil edən ixtisasca memar-restavrator olan Şirin Şəfiyeva “Salsa və Vereteno” romanına görə ikinci yeri tutub.


Kulis.az rus saytlaırna istinadən xəbər verir ki, 2016-cı ildə bu müsabiqəyə müxtəlif nominasiyalar üzrə dünyanın 41 ölkəsindən 388 əsərlə müraciət olunmuşdu. Qeyd etmək lazımdır ki, 2014-cü ildə Azərbaycanı təmsil edən şair və tərcüməçi Nicat Məmmədov həmin müsabiqədə poeziya nominasiyası üzrə üçüncü yeri tutmuşdu.

2005-ci ildən start götürən “Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsində məqsəd rus dilini dünya ədəbiyyatında qoruyub inkişaf etdirmək, rusdilli yazıçı və şairlərə dəstək verməkdir.

Müsabiqəni “Russkaya premiya”nın təşkilat komitəsi Yeltsin Mərkəzi ilə birlikdə reallaşdırır. Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyan “B. N. Yeltsin - Prezident Mərkəzi” qeyri-kommersiya xarakterli ictimai-siyasi qurumdur.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Cəbrayılın işğalının acı gerçəkləri - "Kaş gözlərim kor olaydı..." təqdim olundu
07.08.2018
Vladimir Danilenkonun “Qürub çağının işığında” kitabının onlayn versiyası təqdim edildi
02.08.2018
Əli Həsənovun kitabı Tbilisidə gürcü dilində çap olunub
31.07.2018
Azərbaycan poeziyası Belarusda
25.07.2018
Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabının onlayn versiyası təqdim edildi