Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5056

Digər sorğular

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:32  |    17 İyul 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti günəşli olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.11.2017
Sabaha olan hava proqnozu açıqlanıb
22.11.2017
Prezident Qvardiyasında Nəriman Həsənzadə ilə görüş keçirildi
22.11.2017
Bir qrup tanınmış şəxs Fədayə Laçının bağışlanılması üçün müraciət edib
22.11.2017
Nazirdən avtoritetlərin qaçmasına münasibət:"Bu, Penitensiar Xidmətdə nöqsanların olduğunu göstərir"
21.11.2017
Mübariz Mənsimovdan sərt sözlər - “Yazıqlar, oğrular…”