Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4762

Digər sorğular

Qarabağın neoliti ənənəsinin abidələri barədə elektron kitab nəşr edildi

13:33  |    17 İyul 2017  |   E-mail  |  Çapa göndər

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə elmlər doktoru Tufan Axundovun “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri” adlı əsəri nəşr edilmişdir. Elektron kitab formatında olan əsər Qarabağın qədim əkinçi və maldarlarının tədqiqatının əsasını qoymuş mərhum arxeoloq İdeal Həmid oğlu Nərimanovun 90 illiyinə həsr edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, əsər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Fondunda saxlanılan Qarabağ neoliti ənənəsi abidələrinin arxeoloji materiallarının kolleksiyasını elmi dövriyyəyə daxl edir. Bütün material üç qrupla təmsil olunur. Birinciyə hələ də tədqiq edilməmiş abidələrdən toplanmış kolleksiyaların foto-illüstrasiyaları daxildir. İkinci və üçüncü qruplar, İlanlıtəpə və Çalağantəpə məskənlərinin qazıntılarından əldə edilmiş material kolleksiyalarının foto və qrafik təsvirlərindən ibarətdir. Kitabda təqdim edilmiş hər bir abidə barədə qısa məlumat verilib. İlanlıtəpə və Çalağantəpənin tədqiqatları zamanı aşkar edilmiş tikililər, istehsal qurğuların və dəfnlərin, həmçinin, kolleksiyaların çöl inventarı siyahısının təsviri verilmiş, əsər hər iki abidənin kolleksiyalarında saxlanılan bütün növ tapıntıların təsvirləri ilə tamamlanmışdır.

Müəllif təqdim edilmiş abidə və ənənələr barəsində özünün və digər mütəxəssislərin fikir və mülahizələrini bilərəkdən göstərməmiş və bununla da materiallar barədə oxucuların müstəqil fikir yürütməsinə imkan yaratmışdır.

Əsər ilk növbədə peşəkar arxeoloqlar üçün nəzərdə tutulmuşdur, amma eyni zamanda Azərbaycanın qədim əhalisinin arxeoloji ənənəsilə maraqlanan hər bir kəs üçün maraqlı ola bilər.

Tədqiqat əsəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası tərəfindən çapa təsdiq edilmişdir. Kitabın redaktoru İnstitutun Elmi Fondunun müdiri A.A.Rəhmanov, əsərin rəyçiləri t.ü.f.d. F.M.Muradova və t.ü.f.d. R.B.Arazovadır.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.07.2017
Ən bahalı və ən ucuz ixtisaslar hansılardır? - VİDEO
24.07.2017
İxtisas seçimində diqqətli olun – VALİDEYNLƏR, BUNU ETMƏYİN - VİDEO
24.07.2017
Sabah müəllimlər imtahan verəcək
24.07.2017
700 bal toplayan abituriyent: “Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram” - FOTO
24.07.2017
“Kooperasiya“dan 150 bal toplayan abituriyentlərə ŞAD XƏBƏR