Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5314

Digər sorğular

Azərbaycan Prezidenti İlham Əliyevin Riqada rəsmi qarşılanma mərasimi olub

12:53  |    17 İyul 2017  |   E-mail  |  Çapa göndər

İyulun 17-də Latviya Prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Raymonds Veyonis Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olundu.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Sonra hədiyyələr təqdim edildi.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.02.2018
ABŞ helikopterləri həbsxanaya endi: İŞİD-çilər qaçırılır - Video
21.02.2018
Türk düşmənlərinin KÖKÜ KƏSİLƏCƏK: Ankaranın strategiyasında 3 VACİB İSTİQAMƏT
21.02.2018
Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir
20.02.2018
Əsəd ordusu Afrinə daxil oldu:Türk ordusu hücuma keçdi-VİDEO
20.02.2018
Erməniləri susduran jurnalistin evi əlindən alınır - Foto