Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5056

Digər sorğular

Azərbaycanlı opera ifaçısı Tokioda çıxış edəcək

11:18  |    17 İyul 2017  |   E-mail  |  Çapa göndər

Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) sentyabrın 28-dən oktyabrın 3-dək Tokio Şəhər Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Yusif Eyvazovun saytında yer alıb.

Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov isə 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.11.2017
Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək
21.11.2017
Aylıq gəlirimlə bağlı deyilənlər həddən artıq şişirdilmiş rəqəmlərdir - RASİM BALAYEV
21.11.2017
Daha bir azərbaycanlı xanım müğənninin kriminal avtoritetlə görüntüsü yayıldı - FOTO
20.11.2017
Mədəniyyət nazirliyi: “Abdin Fərzəliyevə tarixi evi sökməyi qadağan etmişdik, bizi dinləmədilər”
20.11.2017
"Rasim Balayev 1300 manat təqaüd alır..."