Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4897

Digər sorğular

İmtahanların nəticələri açıqlandı

22:00  |    16 İyul 2017  |   E-mail  |  Çapa göndər

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qruplarının abituriyentləri üçün iyulun 14-də keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

DİM-in mətbuat xidmətindən Qaziler.Az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəb və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.09.2017
“Alışanov atamı şərləyərək həbs etdirib” - AzTV sədrinə qarşı ittihamlar...
25.09.2017
Bakıda 3-cü kurs tələbəsi infarktdan öldü — FOTO
25.09.2017
Nazirə yeni vəzifə verildi
25.09.2017
Milli Məclisin payız sessiyasında ilk iclasının vaxtı və gündəliyi müəyyənləşib
25.09.2017
Neftçalada çoxmənzilli binaların təmirinə pul ayrılıb - SƏRƏNCAM