Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5055

Digər sorğular

Meşədə narkotik plantasiyası salan şəxs tutulub

18:49  |    16 İyul 2017  |   E-mail  |  Çapa göndər

Ağdaş rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Qaziler.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Ağzıbir kənd sakini, 1975-ci il təvəllüdlü Şahmuradov Cabir Hidayət oğlunun yaşadığı kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib.

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 260 ədəd və çəkisi 423 kiloqram olan çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən çıxararaq maddi sübut kimi götürüblər. O, çətənə toxumlarını tapdığını və meşə sahəsinin ortasındakı boş ərazini kol-kosdan təmizləyərək orada narkotik plantasiyası saldığını etiraf edib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2017
Rəsulzadənin həyat yoldaşının məzarı tapıldı - Foto
21.11.2017
Fədayə Laçından yeni xəbər var - ev dustaqlığına buraxılması üçün...
21.11.2017
Rasim Balayev Türkiyəyə aparılır - DÖVLƏT TƏRƏFİNDƏN
21.11.2017
“Elə-belə, kefimdən” - Etdiyi əməldən peşiman olub “qismətdir” deyən oğru - VİDEO
21.11.2017
"Yapon Messi" ləqəbli gənc Kubonun hünəri - VİDEO