Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5314

Digər sorğular

Həftənin ilk iş günü hava necə olacaq?PROQNOZ

16:02  |    16 İyul 2017  |   E-mail  |  Çapa göndər

Iyulun 17-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaziler.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.02.2018
Məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği artırıldı
21.02.2018
Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı
21.02.2018
Şəhid leytenantın XANIMI: “Turalın öldüyünü məndən gizlətdilər, dəfnində də iştirak edə bilmədim” - FOTOLAR
21.02.2018
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018
Mədət Quliyev yenidən ata oldu - foto