Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5055

Digər sorğular

Azərbaycanda rezidenturaya qəbulun nəticələrini açıqlanıb

17:06  |    15 İyul 2017  |   E-mail  |  Çapa göndər


2017/2018-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.


Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Nəticələri DİM-in internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 508 namizəddən 470 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 154 nəfərini oğlanlar, 316 nəfərini qızlar təşkil edir. 285 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur.
Qeyd edək ki, qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü sayını iyulun 17-dən etibarən aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya abituriyent.azsaytından sifariş etmək olar:
–Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
–Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Jurnalın elektron versiyasını da (pdf formatında) iyulun 17-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: link).
Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 18-dən 24-dək olan müddətdə müvafiq quruma:
–Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;
–Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;
–Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.
Qeyd edək ki, müsabiqənin nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM tərəfindən Apelyasiya Komissiyası yaradılmışdır.
Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.
Namizədlər Apelyasiya Komissiyasına 17-18 iyul 2017-ci il tarixlərində saat 10 dan 17 dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.11.2017
"Kişilik avtoritetlərdə olur" - Avtoritetlə görüntüsü yayılan Zöhrə Abdullayeva DANIŞDI
21.11.2017
Siyavuş Novruzov bəzi ölkələrdə səfirliklərinin ixtisar olunmasını təklif edib
21.11.2017
Tələbələrin kiçik və orta sahibkarlığa yönləndirilməsi iqtisadiyyata yeni nəfəs verə bilər
21.11.2017
Azərbaycanda şagird dəftərlərinin üzərində Ermənistan bayrağı...– Foto
21.11.2017
Sabahın HAVASI - PROQNOZ