Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5481

Digər sorğular

İmtahanlar bitdi: Nəticələr...

16:27  |    14 İyul 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

Mərkəzdən Axar.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmamışlar. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Məlumatda qeyd olunur ki, iyulun 15-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.04.2018
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kollektivə təqdim edilib
21.04.2018
Şamaxıda yeni istifadəyə verilən yollar dağıldı - Foto
20.04.2018
Nazirlikdə Asiya İnkişaf Bankının Ölkə üzrə Diaqnostik Tədqiqatının nəticələri müzakirə olunub
19.04.2018
Ombudsmandan sosial şəbəkələrlə bağlı AÇIQLAMA: "Hüquqi tənzimlənməyə ehtiyac var"
18.04.2018
Nazirlik 786 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib