Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5633

Digər sorğular

Ev alacaq jurnalistlərin adları iyulun 21-də AÇIQLANACAQ

10:37  |    14 İyul 2017  |   E-mail  |  Çapa göndər

İyulun 21-də jurnalistlərin yeni binasının açılışı olacaq.

Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və nazirliyin “Özünəməşğulluq-ailə biznesinə yiyələn” adlı jurnalistlər üçün elan etdiyi müsabiqənin mükafatlandırma mərasimində KİVDF-nin icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

O bildirib ki, mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.

V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdən 2 mindən çox sənəd qəbul olunduğunu deyib:

“Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub. 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Jurnalistlər üçün yeni müsabiqə elan olundu
22.06.2018
Diaspor jurnalistləri təltif olundular
30.05.2018
Sanksiya İranı sıxır: İrəvan üçün yeganə yol qaldı
14.07.2017
Mediaya şad xəbər: 3-cü bina
13.06.2017
Vüqar Səfərli yenidən KİVDF-nin icraçı direktoru təyin edilib