Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4762

Digər sorğular

Azərbaycana səs salan çobana nə mane olur? - VİDEO

23:45  |    13 İyul 2017  |   E-mail  |  Çapa göndər


Qoyun otararkən mahnı oxuyan və hər kəsin marağına səbəb olan çobanı "Xəzər Xəbər” göstərdikdən sonra Pərvin Səfərov Milli Konservatoriyaya dəvət olunmuşdu.

Onun musiqi kolleclərindən birində təhsil alması üçün kömək ediləcəyi bildirilmişdi. Xüsusi istedadlı gənc kimi imtahansız kollecə daxil olması üçün dövlət imtahan mərkəzinə məktub göndərilsə də, bu istək həyata keçmədi. Bəs səbəb nədir?
Əvvəl kənddə, qoyunlarını otararkən oxudu, çəkdiyi video bütün sosial şəbəkələrdə məhşurlaşdı.
"Xəzər Xəbər”in hazırladığı süjetdən sonra çobanlıq edən Pərvin Səfərov Milli Konservatoriyaya dəvət edilərək tanınmış sənətkarların qarşısında çıxış etdi.
Və ona söz verildi ki, musiqi təhsili alması üçün imtahansız kollecə daxil olunmasına köməklik ediləcək. Hətta bu haqda Dövlət İmtahan Mərkəzinə məktub göndərildi. Lakin Pərvin deyir ki, əksinə olub, ondan imtahan götürüblər. Təbii olaraq da o imtahandan lazımi balı toplaya bilməyib.
Pərvin deyir ki, o çobanlıqla məşğuldur. Dərs oxumağa vaxtı yoxdur. Amma səsi olduğu üçün ona söz verilmişdi ki, imtahan vermədən kollecə qəbul edəcəklər.
Milli Konservatoriyada isə hələ də ümid edirlər ki, Dövlət İmtahan Mərkəzi Pərvinin istedadını nəzərə alaraq, onun imtahansız kollecə qəbul olunmasını təmin edəcəklər.Dövlət İmtahan Mərkəzi də məsələyə aydınlıq gətirib. Bildirilir ki. Nazirlər kabinetinin təsdiqlədiyi qayadalara görə, yalnız beynəlxalq müsabiqələrin laureantı olmuş insanlar imtahansız hansısa təhsil müəssisəsinə qəbul ola bilər.
Mərkəzdən məsləhət görürlər ki, Pərvin müsabiqələrdə iştirak etmək üçün müraciət etsin. Yalnız orda uğur qazandıqdan sonra imtahan vermədən təhsil ala bilər.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.07.2017
Ən bahalı və ən ucuz ixtisaslar hansılardır? - VİDEO
24.07.2017
İxtisas seçimində diqqətli olun – VALİDEYNLƏR, BUNU ETMƏYİN - VİDEO
24.07.2017
Sabah müəllimlər imtahan verəcək
24.07.2017
700 bal toplayan abituriyent: “Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram” - FOTO
24.07.2017
“Kooperasiya“dan 150 bal toplayan abituriyentlərə ŞAD XƏBƏR