Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4897

Digər sorğular

Səfir: “15 iyul Türkiyə demokratiyası üçün böyük sınaq idi“

20:16  |    13 İyul 2017  |   E-mail  |  Çapa göndər


Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə 15 iyul 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı tədbir keçirilib.

APA TV-nin xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, ötən il ölkəsində baş verən xain çevriliş cəhdi bu günə qədər Türkiyəyə qarşı ən böyük xəyanətlərdən biridir.

Onun sözlərinə görə, 15 iyul hadisələri zamanı günahsız insanlara qarşı silahlardan istifadə ediblər. Nəticədə 250 vətəndaşı şəhid olub, 2000-dən çox vətəndaş isə yaralanıb: "Bu hadisələr Türkiyə demokratiyası üçün böyük sınaq idi. Türk xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq, hamı demokratiya naminə birləşərək, öz gələcəyinə sahib çıxdı". Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və buna görə Azərbaycan xalqına, prezident İlham Əliyevə təşəkkür edib.

Tədbirdə çıxış edən Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli Türkiyə xalqının öz prezidentinin ətrafında sıx birləşərək, mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədiyi vurğulayıb: "Türk xalqı qətiyyətli mövqe ortaya qoydu. Azərbaycan xalqı 1994-1995-ci illərdə ulu öndərin çağırışı ilə çevrilişlərə yox dediyi kimi, türk xalqı da baş verən çevrilişə yox deyərək, Türkiyədə hakimiyyətin dəyişməsinin yolunu ancaq seçkilər olduğunu ortaya qoydu".

Tədbir çıxışlarla davam edib.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.09.2017
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
24.09.2017
Elmar Məmmədyarov Bəhreyn Krallığının xarici işlər naziri ilə görüş keçirib
24.09.2017
Həmsədrlər regiona səfər edəcək
23.09.2017
Erməni deputatlar Qız Qalasında - FOTOLAR
23.09.2017
Elmar Məmmədyarov ATƏT baş katibi ilə görüşüb