Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4897

Digər sorğular

Bir qrup deputat Alxanlıya səfər edib

11:25  |    13 İyul 2017  |   E-mail  |  Çapa göndər

Milli Məclis sədrinin müaviniBahar Muradova və bir qrup millət vəkili bu gün Füzulirayonunun Alxanlı kəndinə səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, MM üzvləri iyulun 4-də Ermənistan silahlı qüvvələrinin atəşə tutduqları kənddə olub, ermənilərin təxribatı nəticəsində həlak olan kənd sakinləri Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, iki yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olduqları əraziyə baxış keçiriblər.

MM üzvləri kənd sakinləri ilə görüşəcəklər.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.09.2017
“Alışanov atamı şərləyərək həbs etdirib” - AzTV sədrinə qarşı ittihamlar...
25.09.2017
Bakıda 3-cü kurs tələbəsi infarktdan öldü — FOTO
25.09.2017
Nazirə yeni vəzifə verildi
25.09.2017
Milli Məclisin payız sessiyasında ilk iclasının vaxtı və gündəliyi müəyyənləşib
25.09.2017
Neftçalada çoxmənzilli binaların təmirinə pul ayrılıb - SƏRƏNCAM