Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5056

Digər sorğular

Ordu Zəhra və Sahibənin intiqamını yüz qat alacaq

16:54  |    05 İyul 2017  |   E-mail  |  Çapa göndər

Erməni vəhşilərinin Füzuli rayonunun Alxanlı kəndində yaşayan dinc sakinləri atəşə tutması və nəticədə azərbaycanlı nənə və nəvənin həlak olması Ermənistana çox baha başa gələcək. İnanın, Azərbaycan dövləti, cəmiyyəti və əsgəri o mələklərin qanını yerdə qoymayacaq. Əmin olun, vandal düşmən bu itkinin 10 qat bədəlini ödəyəcək.

Ceyhun MUSAOĞLU | [email protected]

Cocuq Mərcanlı faktı düşmənin bütün planlarını dağıdıb. Qəsbkar erməni hakimiyyəti xalqı aldadır ki, Ermənistan Azərbaycandan güclüdür. Bu yalan aprelin 2-də fiaskoya uğradı. Lələtəpə yüksəkliyi alındı, Cocuq Mərcanlı kəndi təhlükədən qurtuldu və ardından da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Cocuq Mərcanlıya qayıdış hərakatına start verdi və özü bu hərakatın liderinə çevrildi.

Kənd qısa zamanda yenidən bərpa olundu və əhalinin dədə-baba yurdlarına qayıdışına başlanıldı. Bunun adı qələbə idi. 25 illik həsrətin gül açması erməninin gözünə kül səpələdi.

Əziz dostlar, düşmən uduzdu. Nə arxalarında dayanan dövlətlər, nə tülkü kimi pərçimləndikləri həyat tərzi, nə erməni əsilli porno ulduzların iyanələri onları xilas edə bilmədi.

Belədə erməninin dinc sakinlərə hücum edəcəyi gözlənilən idi.

Xatırlayırsınızsa, onların birinci həmləsi baş tutmadı. İyunun 20-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərdi və dovşan kimi ələ keçib dedi ki, dinc sakinləri öldürməyi planlaşdırırdılar.

Yaxınımıza gələ bilmədilər, uzaqdan atəş açdılar. Şəhid olan nənə mənim anam, ölən nəvə qızımdır. Bu faciə hər ailədə yaşanmış kimidir. Darıxmayın, ordu öz işini görəcək. Hansı durumla üz-üzə qaldığımızı bir an belə olsa unutmaq qadağandır. İki dinc sakinin öldürülməsi nəhayət cəmiyyəti ayıltmalı, insanların bir-birinə münasibətində yalnız və yalnız sevgini ön plana çıxarmalıdır.

Dünən sosial şəbəkələrdə bakılı rayonlu davası gedirdi, bu gün iki rayonlu yaşadığı yerdəcə heç bir günahı olmadan öldürüldü. Görəsən, olduqca səviyyəsiz müzakirələrdə iştirak edən dostlarım indi özlərini necə hiss edirlər? Biz düşməni olan xalqıq. Elə həyat tərzi seçək ki, ordumuzun pəncəsi altında inləyən əclaf erməni cəmiyyətimizdə höküm sürən insanlar arasındakı kin və küdurətdən yapışıb ayağa qalxmasın.

Heç olmasa bu gün söz verək. Qətlə yetirilən dinc sakinimiz Zəhra və Sahibə Qulievaların ruhları qarşısında söz verək ki, daha xalqımızı, cəmiyyətimizi, millətimizi, rayonlu və şəhərlimizi aşağılamayacağıq, sosial şəbəkələrdə əsgərlərimizi müzakirəyə çıxarmayacağıq, xarici ölkələrdə yaşayaraq, fikirlərimizlə anti-milli qüvvələrin düşüncəsinə hədiyyə olmayacağıq.

Unutmayaq, düşmən mülki azərbaycanlını öldürüb. Onlara cavab vermək əsgərdən əvvəl, mülki azərbaycanlının borcudur.
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
24.01.2017 Bütövləşə bilməyən MƏNHekayə
16.06.2015 Qapıları açın, evinizə kitab gəlir
13.05.2015 Xəyanəti bağışlamayan, məhəbbəti unutmayan dövlət