Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5628

Digər sorğular

Mətbuatın qara ləkələri - Azər Hüseynbala yazır

10:52  |    24 İyun 2017  |   E-mail  |  Çapa göndər

Reket jurnalistlərdən təmizlənək, yoxsa...

Azər Hüseynbala | [email protected]


Mən 25 ildi mətbuatdayam, dövlətimə və millətimə xidmət edirəm. İnanın ki, indiyədək yazdığım heç bir yazıda milli və dövlət maraqlarından başqa digər məsələ barədə düşünməmişəm. Yəni düşündüyüm jurnalistikanın prinsipləri, ədalətli baxış və yazdıqlarım müqabilində özümü və ailəmi saxlamaq üçün umduğum qonarar olub.

Bunu yəgin ki, mənimlə eyni əqidədə olan Azərbaycanı sevən və dövlətçiliyimizə xidmət edən həmkarlarım da təsdiq edər. Amma bu gün biz, peşəsinə sadiq həqiqi jurnalistlər xəcalət hissi keçiririk. Hər halda, belə hesab edirəm ki, məni anlayan həmkarlarım da belə düşünür.

Birbaşa deyirəm, bu gün mən özünü jurnalist kimi təqdim edib, öz xalqına “MTN çetesi” kimi zülm edib soyğunçuluqla məşğul olan cılız və riyakar, o cümlədən millətinə qənim kəsilən “saytlar çetesi”ndən zinhara gəlmişəm. Məni düzgün başa düşün, bəzən onların göstərdiyi həyasızlıqları eşidəndə, vallah, hətta peşəmə də nifrət edirəm. Həmkarlarıma müraciət edirəm: İnanın ki, biz artıq bu “çetenin” qarşısında acizləşmişik, sözümüzü deyə bilmirik. Onları susdurmağa gücümüz birləşmir.

Cəmiyyətimizin normal insanları, normal həyat tərzi və iş fəaliyyəti ilə məşğul olan təbəqələr artıq bizə də şübhə ilə yanaşır, həyatımızı, əqidəmizi mətbuat yolunda, cəmiyyətin inkişafı yolunda, dövlətimizin tərəqqisi yolunda qoymuş, peşəsinə sadiq insanlara da inanmır.

Çox xırdalıqlara getmək istəmirəm, konkret deyirəm, “Qafqaznews” xəbər agentliyi adı altında bir neçə reket saytı özündə birləşdirən və digər ona bənzər, adını xəbər və oxşar adlarla simvolizə edən, göbələk kimi günbəgün çoxalan portallar inanın ki, apardığım və hələlik dərinə getmədiyim bir araşdırmamın nəticəsində belə BƏYANAT verməyimə məni açıqca təhrik edir. Ölkə boyu bütün müəssisə və təşkilatlara soyğunçu kumi soxularaq təhdid və şantajla 5-10 manat tələb edən bu üzqaraları yavaş-yavaş “böyüyüb” dövlətçiliyimizi, müstəqillik ideologiyamızı təhdid edirlər. Bunun müqabilində məhz biz peşəkar jurnalistlərin səssizliyindən istifadə edib bütövlükdə Azərbaycan mediasına qarşı ikrah hissi yaradırlar.

İndi bu reketler böyük-böyük idarələrə, şirkətlərə, nazirliklərə ultimatum göndərirlər, qohumlarını, qardaşlarını işə düzəltmək üçün öz şantajçı saytları ilə, hətta bəzən kiçik, orta, böyük həcmli, işgüzar təbəqəni, dövlət sektorunu belə təhdidləri ilə sövdələşməyə məcbur edirlər.

Qudurğanlığa baxın, etika xatirinə, Azərbaycan jurnalistikasına olan konyuktur rəğbətin təsirindən insanlar cəmiyyətin belə deyək, bu cür layiqsiz “dördüncü hakimiyyətinə” dözüm göstərir.

Nəticə necə olur? Bu reketlərin qohum-əqrəbasi elə bilir ki, onlar “Həsən Ağanın qohumudu, gəl başımda otur”la işlədiyi yerdə qabiliyyəti çatmasa da, vəzifə və yüksək maaş istəyirlər...

Bu, obyektiv şəraitə görə mümkün olmayanda, reket jurmalistin qohumu acıq edib gedir (cəhənnəmə) və bununla reketin, şantajçının təhdidlə pulqıran soyğunçunun növbəti şantajları başlayır. O vaxta qədər ki, (o da indiki vaxtdır) biz, mənimlə həmrəy olan peşəkarlar bunun qarşısını almayacaq.

Dayanmaq vaxt itirməkdir, tez olun, yoxsa vaxt yaxınlaşır. Hamılqla... özümüzə qarşı olan kini, soyuq və nifrətedici baxışları, etika xatirinə üzümüzə vurulmayan qəzəbi aradan götürək və birlikdə bu əbləhlərin qarşısını alaq. Belə etsək ölməkdə olan sağlam jurnalistikanı geri qaytarmış olacağıq. Yoxsa, hər yoldan ötənin, kriminal keçmişə malik diribaşların üzlü və sırtıq, insanlığını itirən, mədəni dilənçiliklə normal vətəndaşlarımızı cana yığan, onlara normal işləməyə imkan verməyən və artıq mafiyaya çevrilmiş sözsatan dəstənin yaratdığı qara və reket jurnalistikası hamımızı udacaq. Şəxsən mənim fikrim belədir ki, bu gün onlar daha çoxdur, biz az. Qara ləkə çox böyük sürətlə yayılır, ağ yer görsənmir.

Hərəkət vaxtıdır! Reket jurnalistlərdən təmizlənək, yoxsa bizi də sayan olmayacaq. Ay vətəndaşlar, xahiş edirəm siz də bizə qoşulun: idarənizə, ofisinizə goymayın bunları. Təklif edirəm ki, geniş ictimai kampaniya başlayaq, bu dərəbəyliyə SON QOYAQ! Həmkarlarımdan dəstək gözləyirəm

pressday.az
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları