Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6021

Digər sorğular

29 ildə 27 min itki - Qarabağdakından çox!..

17:57  |    22 May 2017  |   E-mail  |  Çapa göndər

Hacıqabul rayonundakı dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərin doğum tarixinə baxdımnızmı? “Hunday” faciəsinin qurbanı olan gənclər 1998-2000-ci il təvəllüdlü idi! Təkcə İmişli rayonu bir anda 5 gəncini itirmədi, Azərbaycan 5 vətəndaşını, Vətən 5 əsgərini itirdi!

Elşad Paşasoy | [email protected]


Amma nədənsə belə dəhşətli xəbəri çox sakit qarşıladıq. Sosial şəbəkələrdə sinəsiaçıq xanımlara dastan deyən aşığa daha çox yer ayrılmışdı, nəinki son dəhşətli hadisəyə. Bəlkə yol-nəqliyyat hadisələrindəki qorxunc statistikaya da artıq öyrəncəli olmuşuq, ona görədir? Düzdür, bəzi hallarda yollardakı qurbanlarımız da geniş müzakirə mövzusuna çevrilir, amma sürücü məmur oğlu olanda, “Porşe” sürəndə…

Belə görünür ki, bizi daha çox günahsız ölən vətəndaşımızın, onun ailə üzvlərinin, övladlarının müsibəti yox, həmin şəxsin həyatına son qoyanın kimliyi, qazandığı pulların mənbəyi, dədəsinin iş yeri…daha nələr maraqlandırır. Nədənsə unuduruq ki, ölkəmizdə yol-nəqliyyat hadisəsi adlı gizli bir soyqırım gedir. Özü də bu, yeni deyil, on illərdir bizim genefondumuzu təhdid edən başlıca amilə çevrilib, bizi qarabaqara izləyir.

Bəlkə də adi sözlərlə fəlakətin miqyasını çatdırmaq mümkün deyil. Buyurun, 1988- 2016-cı illər ərzində yollardakı ölüm statistikası barədə rəsmi məlumatla tanış olun:

1988-ci il - 1088 nəfər; 1989-cu il -1090; 1991-ci il - 1266; 1992-ci il -1281; 1993-cü il-1252; 1994-cü il-1130; 1995-1001;1996-767; 1997-606; 1998-595; 1999-554; 2000-596; 2001-559; 2002-642; 2003-724; 2004-811; 2005-1065; 2006-1027; 2007-1107; 2008-1052; 2009-930; 2010-926; 2011-1016; 2012-1168; 2013-1164; 2014-1124; 2015- 894; 2016-cı il - 759 nəfər…Cəmini hesabladım, qorxunc rəqəm alındı- 26.194 nəfər!!!

Bunun üzərinə 2017- ilin ilk 3 ayında həlak olan 162 nəfəri, aprel və may aylarının dəhşətli statistikasını, İmişlidən olan 5 tələbənin faciəsini də gələk...
Belə desək, Qarabağ hadisələri başladığı dövrdən indiyədək yol qəzalarında 27 minə yaxın vətəndaşımızı itirmişik. Hələ yaralananlardan danışmıram, onların sayı on minlərlədir, gənc yaşında əlil olanlar özü də ailəsinə və dövlətə yükdür.

Biz Qarabağda bu sayda itki verməmişik!!! Bizim canımızı yollar, avtomobillər alır, torpaq uğrunda döyüşlər yox! Təbii ki, bizim əvəzimizə heç kim gəlib faciələrimizi durdurmaq üçün baş sındırmayacaq, ya ATƏT həmsədrləri işə qarışmayacaq. Öz başımız da başqa işlərə qarışdığından yol müsibətlərinə boş veririk. Ən uzağı 3-5 gün danışır, kimisə qınayır, sonra yenə yolumuza davam edirik.

Yenə rəsmi statistikaya müraciət edək: 2016-cı ildə yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib. Təbii ki, söhbət gənc və ortayaşlı kişilərdən gedir. Yəni sabah əlinə silah alıb düşmənə sipər olacaq insanlardan…

Düzdür, dünyanın heç bir ölkəsi nə terrordan, nə də yol qəzalarından sığortalanmayıb. Vaxtaşırı təkcə minik avtomobilləri deyil, avtobus, qatar qəzaları nəticəsində kütləvi insan tələfatı barədə xəbərlər gəlir. Ancaq Avropanın elə ölkələri var ki, il ərzində yol qəzalarında əl barmaqlarının sayı qədər insan öləndə SOS çalırlar.

Azərbaycana Avropanın nimdaş avtomobilləri ilə dolub, anlaşılandır. Amma tək onlar olsaydı, nə vardı ki? Heç olmasa o maşınların təhlükəsizlik yastığı var. Deputat Elmira Axundovanın dediyi kimi, ən böyük ölüm riski sovet maşınları ilə bağlıdır. Deməli, birinci burdan başlayıb qəza halında sağ qalma ehtimalı çox aşağı olan həmin avtomobillərin vətəndaşlardan alınması, əvəzində güzəştli qaydada avtomobillərin satılması ideyası tam yerindədir. Burada vətəndaş da maraqlı olmalıdır, dövlət də. Pul insan həyatından artıq deyil ki…

Amma səbəb təkcə bu da deyil. Heç yol da. Abad yollarımızda azmı olur belə qəzalar?

Həyatımızın qədir-qiymətini bilmirik, bəzən hirsimizi qazı basmaqla soyutmaq istəyirik…Yol polisi qaydaları pozanları cərimələyir, qəzəblənirik, sürət aşağı endirilir, deyinirik. Amma unuduruq ki, xətaların 50 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması səbəbindən baş verir. Yəni biz həddimizi aşmasaq, yaşayarıq, qəza olsa da…

Piyadalarla bağlı ölüm faktları da artıb. Bizi cərimələyirlər ki, “qadağan olunmuş yerdən keçmə, maşın vurar, ölərsən!” Amma o zaman ölüm riskini düşünmürük, bizi 20 manatlıq cərimə daha çox yandırır. Bizi laqeydlik məhv edir, fərqində deyilik…

MUSAVAT.COM
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Müəllifin son yazıları
14.12.2017 Avropa Məhkəməsinin Laçın ədalətsizliyi
04.12.2017 Ay bacım, ay qardaşım, haraya gedirsən, yol sənin deyil axı!
16.01.2017 Qan istəyən qatil prezident
24.10.2016 Uorlik, Şuşa bizimçün nə deməkdir, bilirsənmi?
24.10.2016 Uorlik, Şuşa bizimçün nə deməkdir, bilirsənmi?