Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5219

Digər sorğular

Azərbaycanda ipəkçiliyin inkişafına 4,5 milyon ayrıldı - Sərəncam

18:54  |    19 May 2017  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qaziler.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması, barama istehsalçılarının məhsuldar tut ipəkqurdunun cins və hibrid toxumları ilə təmin edilməsi və bu sahədə seleksiya-damazlıq işlərinin təşkili məqsədilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Ruslar geri çəkilir – Türk tankları hücuma keçir
17.01.2018
Dolların qiyməti dəyişmədi
16.01.2018
Dolların sabaha olan məzənnəsi
16.01.2018
SOCAR “Palmali”nin gəmilərinin müsadirə edilməsi barədə xəbərlərə münasibət bildirib
16.01.2018
Mübariz Mənsimov: Onların özləri və övladları kimi oğurluq etmirik