Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4296

Digər sorğular

Kar, kor, lal Avropa

14:54  |    21 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Qaziler.az saytı Qarabağ qaziləri birliyinin sədri Etimad Əsədovun Roma Papasının və Avropa Parlamentinin qondarma erməni “soyqırım”nı tanıması ilə bağlı yazısını təqdim edir.

Avropa və xristian dünyası öz məkrli məqsədi yolunda daha iri fiquru - Roma papasını önə çıxardı. Zatən Katolik kilsəsi hər zaman bəla və fəlakət fətvaları verməklə tarixdə iz qoyub. İndi də gözlərini Papa Rozanın (Katolik kilsəsi rahiblərinin uşaqbazlıq, rahibələrinsə bic doğmaqla məşğul olduğu məlumdur. E.Ə) ağzına dikənlər “soyqırım” ifadəsinə bəndmiş kimi Türkiyənin üzərinə tökülüşdülər. Vəhşi it sürüsü kimi. İndi bütün Avropa, xristian dünyası Türkiyənin əlini-ayağını “didişdirməkdədir”. Boğazlarında qalacaq, İnşallah.

Etimad Əsədov | [email protected]

Hələ utanmaz-utanmaz, Türkiyədən “soyqırım”ı etiraf etməsini, daha da betəri – erməni xalqından üzr istəməsini tələb edirlər. Bu qədər həyasızcasına. Yalançı erməni soyqırımından soyğunçu siyasətlərini yürütmək üçün vasitə olaraq istifadə etməyə çalışırlar. Belə “həqiqətpərvər”sinizsə, daşnakların Anadoluda törətdiyi qətllərdən, erməni terror təşkilatlarının türk diplomatları qətlə yetirməsindən, iki əsr boyunca Azərbaycan türklərinin başına gətirdikləri fəlakətlərdən, qətliam və terror cinayətlərindən danışın, uca kürsülərdən səsləndirin, erməniləri Azərbaycan xalqından üzr istəməyə çağırın.

“İŞİD” də ABŞ-ın yetirməsi deyilmi məgər?!

Erməni daşnaklarının 1918-ci ildə Azərbaycan ərazisində törətdiyi soyqırımların sübutu torpaq altdan çıxan cəsədlərdir. Quba məzarlığından sizə baxır. Ermənistanın cinayətkar hakimiyyətinin Qarabağda – hələ qanı qurumamış Xocalıda törətdiyi soyqırımdır. Tək biz yox, dünya reportyorlarının lentə aldığı kadrlar var ortada. Bunlardır danılması mümkün olmayan həqiqətlər. Bəs hanı “soyqırım”a məruz qalmış ermənilərin gömüldüyü məzarlıqlar? Bəlkə kimsə aşkarlayıb, bizə də göstərsin. Ortada olan həqiqət erməni terror təşkilatları və törətdikləri qətllərdir. Tarixi sənədlərdə əksini tapır. Bu gün də “ASALA” Türkiyəni açıq-aşkar təhdid edir. Amma tarixdə indiyədək türk adına bircə dənə də terror təşkilatı yaranmayıb. Yoxdur. Hə, bəlkə deyə bilərlər ki, müsəlman terror qruplaşmaları var. Onların ki, sadəcə adının müsəlmanlığa bağlı olduğu, əslindəsə ABŞ və Qərbin əliylə böyüyüb, boya-başa çatdığını və onların mətbəxindən qidalandığı hər kəsə çoxdan aydındır. “Əl-Qaidə” və onun başçısı Üsəma bin Ladeni dünya unutmayıb. Bu terror təşkilatını ABŞ başqa bir müstəmləkəçi -Rusiyanın Əfqanıstanda mövqelərini sarsıtmaq üçün yaratmışdı. İstəyinə nail oldu. Rusiyanın yerini ABŞ tutdu. İllərdir Əfqanıstanı hərb poliqonuna çeviriblər, ölkənin təbii sərvətlərini sümürür, əhalisini isə qanına qəltan edirlər. ABŞ əsgərlərinin öldürdükləri əfqanların üzərinə pəşov eləməsi ABŞ və Avropanın hansı əxlaq sahibi olduğunu göstərdi. ABŞ əsgərlərinin əxlaqsızlığını əks etdirən görüntüləri bütün dünya izləmişdi. Amma yenə kimsənin səsi çıxmadı. Bu gün Türkiyəni etmədiyi bir əmələ görə suçlamaq iddiasında olan Avropa Parlamenti əzilən, qırılan müsəlmanların haqqını qorumağı heç düşünmür də. İndiki “İŞİD” də ABŞ-ın yetirməsi deyilmi məgər?! Qərb də, ABŞ analitikləri də etiraf edirlər ki, ABŞ İraqa hərbi müdaxilə etməklə Yaxın Şərqdə onsuz da sönmək bilməyən alovu daha da alovlandırdı və hələ də sönməyə qoymur. Bir-iki müsəlman dövləti xaric, demək olar böyük bir müsəlman coğrafiyası od-alovun içindədir. Bunu edənsə ABŞ və Qərb dövlətləri və onların doymaq bilməyən enerji resursları hərisliyidir.
Müsəlman ölkələrindən mənfəət qazanan ABŞ və Avropa əslində terroru çiçəkləndirir. Çünki dövlətlər zəiflədikcə, asayiş pozulduqca terrorun yayılmasına münbit şərait yaranır.

“Al, bu da sənə vida öpüşü, köpək!”

Hansı tərəfdən baxsan, ABŞ da, Avropa da çirkab içindədir. Nasizm, irqçilik, dini dözümsüzlük Avropanın mayasında, iliyində, qanındadır.

Və bu zaman-zaman bəşəriyyətin bəlasına çevrilməkdədir. Özünü az qala bəşər mədəniyyətinin beşiyi, insan haqlarının mühafizəçisi elan edən Fransa qaraçıları ölkəsindən qovmaqla sakitləşmədi. Qaraçı balalarına fransızlarla birgə məktəbdə oxumağı da yasaq etdi, hətta qaraçılara fransızlarla bir yerdə avtobusa minmək də qadağandır. Söz, fikir azadlığından dəm vuran Fransa öz Senatında “soyqırım olmayıb” deyənlərin cəzalanmasına dair qətnamə qəbul etdi. ABŞ polisləri qara dərililəri küçənin ortasındaca, sənədsiz-sübutsuz gülləyir. İndi bunlar bizə insanlıq dərsi keçirlər. Bəs “Əbu-Qreyb”i, “Quantanamo”nu, İraqda öldürülən minlərlə insanı, dul qadınları, yetim qalan körpələri kimin adına yazaq?! Bunun cavabınısa İraq jurnalisti verdi; ABŞ prezidenti Corc Buşa “qaloş” (ayaqqabı) atmaqla. “Qaloş”u Buşun başına çırpan Müntəzir əl-Zaidi belə demişdi: “Vida ziyarətinə gəlmisən?! Al, bu da sənə vida öpüşü, köpək!” Əlbəttə ki, bu, Amerika işğalına verilən ən layiqli cavab idi. Hələ də dərs olmayıb?!

ABŞ bəs Qarabağda erməni vandallarının viran qoyduğu tarixi abidələri niyə görmür?!”

ABŞ Dövlət Departamentinin sözçüsü xanım ara-sıra çıxıb “quqquldayır”. Bizə demokratiya dərsi “keçir”. Deyən gərək ki, əvvəlcə öz gözündəki şalbanı gör. ABŞ demokratiyası da prezident Barak Obamanın sifəti rəngindədir. Fərqinə varmırlar. İstər okeanın o tayında, istərsə də bu tayında olanların təkcə müsəlman dövlətlərinə yox, Afrikadan başlamış, Hind-Çin, oradan da Uzaq Şərqə qədər insanlığın üz qarası sayılan cinayətlər, qətliamlar törətdiyini tarix öz dəftərində saxlayır. Onu açıb oxumaq belə İNSANA ar gəlir. Bircə misal deyim; məşhur Amerika aktyoru Marlon Brando 1973-cü ildə “Oskar” mükafatından imtina edir və imtinanın səbəbləri yazılmış məktubunu təqdimat törənində səsləndirmək haqqını bir hindu qadına verir. Aktyor məktubunda bu mükafatdan imtinasının səbəbini ABŞ dövlətinin 1890-cı ildə Amerikanın yerli əhalisi hinduları kütləvi qırğına məruz qoyması ilə izah edirdi. Tarixi sənədlərə əsasən həmin ildə hindulara qarşı “Yaralı diz” qətliamı gerçəkləşmişdi və bir hindu qəbiləsindən - sadəcə bir qəbilədən 153 nəfər qətlə yetirilmişdi, onlardan 62-sı qadın və uşaqlar idi. Bu qətliamla bağlı tarixi sənədlər, fotolar nə yaxşı ki indiyədək qorunub. Amerikanın yerli əhalisi – Hinduların kütləvi soyqırımı məhz Avropadan gəlib Amerikada dövlət quranların boynundadır. Avropanın da, ABŞ-ın da keçmişi də, elə indisi də vicdan ləkələri ilə dop-doludur. Əlcəzair, Sudan, Vyetnam, Yaponiya…Bu gün də yaraları qapanmayan və hər gün qan içirdilən Fələstin!..60 ildir İsrail fələstinli cocuqları qətl edir. Avropa Parlamenti bir dəfə də olsun İsrailə “dur” dedimi? Koalisiya yaradıb, dəstə-tifaqla müsəlman ölkələrin üzərinə yeriyən ABŞ və Avropa bir dəfə də Fələstinin müdafiəsinə qalxsın. Guya, qədim heykəlləri qorumaq adıyla Əfqanıstana soxulan ABŞ bəs Qarabağda erməni vandallarının viran qoyduğu tarixi abidələri niyə görmür?! Görmək sərf etmir, çünki. Dünyanın hansı tərəfinə baxsan, ABŞ və Avropanın bəşəriyyətin başına yağdırdığı raket yağışlarıdır. Darmadağın edilən Əfqanıstan, İraq, Suriya. İndi də Yəmən…Amma “mədəni” Avropa bu qətliamları görmür, insanların fəryadını eşitmir və haqqı da demir. Kar, kor, laldır.

Fələstinli qızcığazın İsrail əsgərinə “səndən Allaha şikayət edəcəm” hıçqırığına da səssiz qalırlarsa demək, sözün bitdiyi yerdir...”

İtlərinə, pişiklərinə “5 ulduz”lu otellər tikdirdikləri halda, müsəlman körpələrinin fəryadına qulaqlarını tıxayırlar. Dişinə, caynağına qədər silahlanmış İsrail əsgərləri gecə yarısı fələstinli uşaqları yataqdan qaldırır, sinələrinə avtomat tuşlayıb sorğu-suala çəkib qan-bağır edirlər. Əliyalın Fələstin xalqının başına modern bombalar tökərək qadın, qoca, körpə demədən qətl edən İsrailin müdafiəsinə qalxıb “onların savunma hüququ var” deyən Barak Obama ibn Hüseyn, budurmu ABŞ-ın “ədaləti”, “insan haqları”? Budursa, lənət olsun ona!..

Fələstinli qızcığazın İsrail əsgərinə “səndən Allaha şikayət edəcəm” hıçqırığına da səssiz qalırlarsa demək, sözün bitdiyi yerdir. İnsanlıq ölmüş!..

Müsəlmanlar hər addımda qətl edilir, ölkələri viran qalır, təbii sərvətləri daşınır, adını da qoyurlar ki, bu dövlətlərdə demokratiya yoxdur, biz ora “demokratiya” daşıyırıq – raketlərlə, insansız hava uçaqları ilə. Fosfor bombaları ilə.

Elə zənn edirdilər ki, rusların hesabına türk torpaqlarını sahib çıxacaqlar

İşə bax! Boğazdan da yuxarı insan qanının içində çabalayan xristian dünyası Türkiyəni olmayan bir hadisəyə görə günahlandırmaq arzusundadır. Bəlkə də bu çabalar yenə də Avropanın vaxtilə – 1914-cü ildə başlatdığı Birinci Cahan Savaşında tökülən qanların bədəlini başqasının üzərinə qoymaq cəhdidir. Yalançı erməni soyqırımının tarixini məhz o vaxtlara – 1915-cı ilə bağlayırlar. Dünya isə bu tarixi artıq əzbər bilir. 1914-cü ildə müharibəni başladan dövlətlərin - Fransa, İngiltərə və Rusiyanın da əsas məqsədi daha çox ərazilər zəbt etmək, təbii sərvətlərə yiyələnmək və Osmanlı İmperiyasını çökdürmək idi. Tarixin dərinliklərinə varmayaq. İngiltərənin, Fransanın, Yunanıstanın Osmanlı üzərinə necə tökülüşdüyü də, bir yandan da Rusiyanın Anadoluya saldırması da məlum həqiqətlərdir. Dünyanın qanla çalxandığı bir dönəmdə təəbəsi olduğu dövlətə arxa çevirib rusların səfinə keçənsə ermənilər olmuşdu. Elə zənn edirdilər ki, rusların hesabına türk torpaqlarını sahib çıxacaqlar. Baş tutmadı. Çanaqqalada dünyaya Vətəni, torpağı sevməyin müdhiş örnəyini göstərən türk oğlu erməni qarışıq, nəhəng Avropa dövlətlərinin də arzusunu gözündə qoydu. Avropa hələ də o məğlubiyyəti unuda bilmir. Və bugunki mövqeyindən istifadə edib daxili iğtişaş salmaqla Türkiyəni zəiflətmək istəyir. Yəni, ermənilərin yalançı soyqırımlarının əsl səbəbkarı Avropanın özüdür. Ermənilərin müharibənin ağır şərtləri altında aclıqdan, soyuqdan, müxtəlif yoluxucu xəstəliklərdən və həmçinin düşmən səfində yer almalarından dolayı verdiyi itkilərlə bağlı Türkiyənin əlində təkzibolunmaz dəlillər var. Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, arxivlərimiz açıqdır, siz də öz dəlillərinizi irəli sürün. Gəl ki, kimsə bu çağırışlara cavab vermir, qulaqlarını haqq səsə tıxayıblar. Avropada kimsə arxivləri araşdırmaq, tarixi sənədləri təhlil etmək fikrində deyil. Sərf etmir, çünki. Həm də Ermənistanın hansı arxivi ola bilər, bir halda ki, Ermənistan dövləti o zaman heç mövcud deyildi.

Zalımın zülmü varsa, məzlumun da Allahı var!

Məlumdur, ABŞ-a da, Qərb dünyasına da Türkiyəni vaxtaşırı təhdid etmək, suçlamaq sərfəlidir. Və “erməni soyqırımı”nı da, Dağlıq Qarabağ münaqişəsini də əllərində təsir vasitəsi saxlayırlar. Azərbaycana gələndə ərazi bütövlüyünü tanıdıqlarını deyir, Ermənistana gedəndə millətlərin öz müqəddəratını təyinetmə haqqından danışırlar. Deyən gərək ki, bu rəzil ermənilər öz müqəddəratını çoxdan təyin edib. Ona-buna kölə, qul olmağı qəbul etməklə. Olsun. Zalımın zülmü varsa, məzlumun da Allahı var! Bu gün Avropanın başı itlərə, pişiklərə, kişilərin kişi ilə, qadınların qadınla evlənməsinə qarışıb. İşiniz avand olsun!..Nəsliniz kəsiləcək, inşallah. Ayağınızı yemək masasının üzərinə qoyub damağa siqara almaq vərdişiniz var ha, bax, gələcəyiniz o siqara tüstüsünün arxasından çox dumanlı görünür. Müsəlman ümməti isə Allahın köməyi ilə artıb-çoxalacaq. Onsuz da müsəlmanlar Avropanı “işğal edib”. Vaxtilə qılınc gücünə etmişdilər, indi isə avropalılar özləri dərk edir ki, islam ən üstün, insanlıq, şəfqət, yardımlaşma dinidir və Allahın dinidir. Körpələrə qoyulan adlar sırasında da Məhəmməd birincidir. Belə də olmalıydı. Nə qədər müsəlmanı qaralayıb, ləkə yaxmaq istəsələr də, əlləri boşa çıxacaq. Sadəcə, türk-müsəlman dövlətləri reallığı görüb şəxsi mənfəətlərindən əl çəkərək islam, dövlət və milli maraqlar naminə hər kəsi və hər şeyi nəhayət öz adı ilə çağırmaq cəsarəti tapmalıdırlar. Dostla düşməni də ayırd etməlidirlər. Ən əsası da Allahın bəndələrə buyurduğu kimi, “Allahın ipindən möhkəm yapışmalı”dırlar. Yalnız belədə haqq səsimizi eşitdirməyə və haqqımızı əldə etməyə nail olarıq.

Allah mömini qoruyacaq, kafiri qəhr edəcək. Amin!
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
29.04.2016 Cənnət yolçuları...
14.11.2015 “Karlar” “korlar” ittifaqının növbəti toplantısı...
16.08.2015 Vicdan məsələsində şeyxə kömək