Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5117

Digər sorğular

Müdafiə naziri hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edib

22:41  |    20 Mart 2017  |   E-mail  |  Çapa göndər


Martın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Puta qəsəbəsində yerləşən hərbi hissənin ərazisində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər.

Sonra nazir əsgər valideynləri və yaxınları ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər və digər məsələlər barədə söhbət edib.

Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişəti üçün yaradılan şəraitlə tanış olaraq xidməti və inzibati binaları gəzib, bayram münasibətilə təşkil edilən konsert proqramında iştirak etdikdən sonra əsgər yeməkxanasında nahar ediblər.

Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.12.2017
Rəsədxana “meteorit seli” ilə bağlı AÇIQLAMA verdi
13.12.2017
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib
13.12.2017
Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı - VİDEO
13.12.2017
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əliyar Əliyevin xatirə lövhəsi qoyuldu - BAKIDA
13.12.2017
2017-də kimləri itirdik?