Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5117

Digər sorğular

Ruslan Abışov “Neftçi”yə qayıtdı

13:14  |    12 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

“İnter” yarımmüdafiəçi Ruslan Abışovla yollarını ayırıb. Bu barədə məlumatı apasport.az saytına “bankirlər”in prezidenti Azər Əliyev verib.

O bildirib ki, Abışov mövsümün ikinci yarısından etibarən “Neftçi”nin formasını geyinəcək: “Klublar arasında danışıq baş tutub və bu transfer artıq gerçəkləşib. Futbolçu özü də “Neftçi”yə keçməyə razılıq verib”.

“İnter”in rəhbəri milli komandamızın üzvünün mövsümün sonuna qədər müqavilə müddəti olduğundan, “Neftçi”nin bu keçid müqabilində onlara kompensasiya ödəyəcəyini də əlavə edib.

"İnter"lə ortaq məxrəcə gələn "Neftçi" futbolçunun özünün də ilkin razılığını alıb. Yeganə problem Abışovun 1,5 illik müqavilə tələb etməsidi. Halbuki paytaxt təmsilçisi uzunmüddətli müqavilə imzalamaq niyyətindədi. Bu məsələ də həllini tapdıqdan sonra Ruslanın "Neftçi"yə dönüşü rəsmən açıqlanacaq.

Qeyd edək ki, Ruslan Abışov 2006-2012-ci illərdə "Neftçi"nin formasını geyinib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.12.2017
"Qarabağ"ın hücumçusu 1 milyon avroya Çin klubuna keçə bilər
13.12.2017
“Qarabağ”a 5 mükafat verildi - Foto
13.12.2017
Rəşad Sadıqov iki milliyə baş məşqçi təyin edildi - rəsmi
12.12.2017
38 yaşlı 7 qat Azərbaycan çempionu dünyasını dəyişdi
12.12.2017
“Neftçi” yaxşı komandadır, sadəcə…” – Yovan Krneta